"İlan ulduz görməsə ölməz"
08:51 17.12.2020
Siyasət
1289
"İlana və onun sahibinə hər gün gücümüzü və qərarlılığımızı göstərməliyik..."
"Bizim ərazimizdə istənilən silahlı erməniyə qarşı sərt və qərarlı davranmalı, onları müdafiə edən rus sülhməramlılarına və onların Moskvadakı rəhbərliyinə də bunu çatdırmalıyıq"
“Rusiya mətbuatı Ermənistan mənbələrinə istinad edərək qondarma qurumun 100 hərbi qulluqçusundan ikinci gündür ki, məlumat olmadığını, naməlum səbəblərdən onlarla əlaqənin kəsildiyini bildirilir.
"Sputnik Armeniya" isə 150 yaxın erməni hərbiçisinin Azərbaycan ordusuna əsir düşdüyünü və bu hərbiçilərinin çoxunun da Ermənistanın Şirak rayonundan gələn könüllülər olduğunu qeyd edilib. Hiss olunur ki, Rusiyanın şovinist, imperiya iddialarından əl çəkməyən əksər mətbuat orqanı ermənilərin taleyindən çox narahatdır”.
Bu fikirləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. O, bildirib ki, onlar bir növ erməni mətbuatı ilə paralel işləyir, imkan düşən kimi də birmənalı ermənilərin tərəfini saxlayır:
“Baxmayaraq ki, ermənilər rusları aşağılayır, Putini təhqir edir, Rusiya əleyhinə aksiyalar keçirir, imkan düşən kimi Rusiyanı satmağa hazır olduğunu nümayiş etdirir. Soruşmaq gərək, qondarma qurumun hansı hərbi ordusu ola bilər? İkincisi, Ermənistan dövlətinin Şirak rayonundan olan vətəndaşının Azərbaycan ərazisində qanunsuz hərbi dəstə tərkibində nə ölümü var?
Xüsusən də, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin atəşkəslə bağlı imzaladıqları bəyannamədən bir ay sonra. İndiki şəraitdə əsir götürülənlər xarici dövlətin, yəni Ermənistanın terror qruplarıdır və onlarla çox sərt davranılmalı və onlara hüququn sərt üzü göstərilməlidir”.
E.Musayev vurğulayıb ki, hərbi əsir kimi onları tez-tələsik geri vermək yolverilməzdir:
“Geri qaytarsaq silahı əlinə götürüb yenə üstümüzə gələcəklər.
Ümumiyyətlə, bizim ərazimizdə istənilən silahlı erməniyə qarşı sərt və qərarlı davranmalı, onları müdafiə edən rus sülhməramlılarına və onların Moskvadakı rəhbərliyinə də bunu çatdırmalıyıq. Biz özümüzü ərazilərimizin tam sahibi kimi aparmasaq ermənilər köhnə qudurğanlıqlarını davam etdirməyə çalışacaq.
Açıq görünür ki, istər Ermənistan rəhbərliyi, istərsə də Xankəndində olan tör-töküntü qrup yenə özmüqəddəratını təyin etmə iddialarından əl çəkmirlər. İlan ulduz görməsə ölməz. İlana və onun sahibinə hər gün gücümüzü və qərarlılığımızı göstərməliyik...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət