İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib -YENİLƏNİB
Yusif Nəzərli
07:57 14.04.2025
Siyasət
283
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib.
Sherg.az xəbər verir ki, görüşdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə əmək, məşğulluq, habelə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar qeyd edilib.
Prezident İlham Əliyev torpaqlarımızın işğal altında olduğu dövrdə bütün infrastrukturun tamamilə məhv edildiyini xatırladaraq vurğulayıb ki, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərə qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı bununla bağlı Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında layiqli əmək üzrə 2 proqramın uğurla icra olunduğunu xatırladaraq, hazırda “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın layihəsi üzərində işlərin davam etdirildiyini deyib.
Jilber Hunqbo Azərbaycanın DOST konsepsiyası modelinin öyrənilməsinin əhəmiyyətinə toxundu, sosial sahədə həyata keçirilən islahatlarla bağlı təcrübənin bölüşdürülməsinin vacibliyini vurğulayıb.
O, COP29 çərçivəsində ədalətli keçid üzrə səmərəli müzakirələrin aparıldığını dedi və bunun nəticəsi olaraq Avropa və Mərkəzi Asiya üzrə Regional İşçi Qrupunun yaradılmasını xüsusilə qeyd edib.
Jilber Hunqbo Beynəlxalq Əmək Təşkilatının sosial məsələlərlə bağlı ölkəmizin inkişaf prioritetlərinə dəstək verəcəyini bildirib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb
20:40 04.07.2026
Dünya
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
20:19 04.07.2026
Gündəm
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya