İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
08:15 01.09.2025
Siyasət
400
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
Sherg.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlət başçısına bir daha təşəkkürünü bildirib.
Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırladıb, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd edib.
Dövlət başçısı öz növbəsində üçtərəfli əsasda - Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğulayıb.
Pakistanın Baş naziri Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırıb, bunun tarixi əhəmiyyət daşıdığını qeyd edib.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurların regionda davamlı sülhün təmin olunması baxımından önəminə toxunub.
Prezident İlham Əliyev, həmçinin Vaşinqtona səfərinin Azərbaycan-ABŞ əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətə malik olduğunu dedi və bütün bu proseslərdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.
Görüşdə Azərbaycanla Pakistan arasında hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, mövcud siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi, ticari əlaqələrin inkişafına dair müzakirələr aparıldı, hökumət üzvlərinə əlavə tapşırıqlar verilib. Azərbaycanın “ASAN Xidmət” modelinə uyğun olaraq Pakistanda da analoji layihənin həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirilib.
***
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə