İlin cümləsi: “Tərəddüd etmədən Türkiyəni dəstəkləyirik!” – Tarixdə qalacaq qətiyyət !
Turan
11:15 03.09.2020
Siyasət
971
“Ölkə başçısı Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu təkcə yunan səfirə deyil, bütövlükdə hər kəsə bəyan etdi”
“Bu, sıradan çıxış deyildi və tarixdə böyük qətiyyət və siyasi iradə nümunəsi və nümayişi kimi qalacaq”
“Bir-birinə qardaş deyən ölkələrin liderləri həlledici məqamlarda bu cür prinsipial mövqe sərgiləməlidirlər"
“Yunanıstanın işğalçı Ermənistanla əməkdaşlıq etməsi açıq mətnlə səfirin diqqətinə çatdırıldı”.
Bu barədə “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, Prezidentin “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikrini tam əminliklə ilin cümləsi hesab etmək olar:
“Prezident çıxışında abstrakt ifadələri və süni diplomatik nəzakət tonunu bir kənara qoyub məlum ölkənin səfiri ilə kifayət qədər açıq söhbət etdi. Ona ölkəsinin yürütdüyü qərəzli və qeyri-adekvat siyasətlə bağlı iradlarını bildirdi. Dövlət başçısının yunan səfirlə söhbətində qardaş Türkiyə ilə bağlı səsləndirdiyi fikirləri isə tarixə damğa vuran ifadələr kimi qiymətləndirirəm.
Ölkə başçısı Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu təkcə yunan səfirə deyil, bütövlükdə hər kəsə bəyan etdi. Bu, sıradan çıxış deyildi və tarixdə böyük qətiyyət və siyasi iradə nümunəsi və nümayişi kimi qalacaq. Bir-birinə qardaş deyən ölkələrin liderləri həlledici məqamlarda məhz bu cür prinsipial mövqe sərgiləməli və qardaş ölkələri müdafiə etməlidirlər. Təkcə Azərbaycanla Türkiyə deyil, digər türk cümhuriyyətləri də həm Türkiyə və Azərbaycanı, həm də bir-birilərini bax bu cür dəstəkləməlidir”.
Ə.Hüseynov təəssüflə qeyd edib ki, Orta Asiyanın türkdilli respublikaları (Qazaxıstanı çıxmaq şərtilə) indiyə qədər nə Qarabağ məsələsində, nə də Ermənistanın qondarma “soyqırımı” ittihamına qarşı mübarizədə Azərbaycan və Türkiyəyə dəstək verməyiblər:
“İndi birlik, həmrəylik zamanıdır. Türk Şurasına daxil olan ölkələrin hər biri lazımi anlarda iradə və cəsarət nümayiş etdirməli, həm siyasi, həm də mənəvi dəstək verməlidirlər. Ölkə başçısı İlham Əliyev öz çıxışı ilə bir daha bu dəstəyin real nümunəsini ortaya qoydu. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsi də səmimi türklük duyğusundan doğan bir addım oldu.
Çavuşoğlu ilə bərabər, biz də cənab Prezidentimizə bu möhtəşəm çıxışına və qətiyyətli mövqeyinə görə təşəkkür edirik. Dövlət başçısının səsləndirdiyi fikirlər qardaşlığın və həmrəyliyin təntənəsi idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat