İnam Kərimov Keniyada Koomeninlə görüşdü
Yusif Nəzərli
15:14 05.02.2025
Siyasət
381
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikası Ali Məhkəməsinin sədri xanım Marta Koomenin dəvəti ilə fevralın 3-dən 5-dək bu ölkədə rəsmi səfərdə olub.
Ali Məhkəmədən Sherg.az-a bildirilib ki, səfərin ilk günü Keniya Ali Məhkəməsində görüş keçirən nümayəndə heyəti ölkəmizdə məhkəmə sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Azərbaycan məhkəmə sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın artırılması və vahid məhkəmə təcrübəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Qeyd edilib ki, hazırda məhkəmələrdə xidmətlərin elektronlaşdırılması sahəsində mütəmadi tədbirlər həyata keçirilir, eləcə də süni intellektin tətbiqi istiqamətində işlər gücləndirilir.
Görüşdə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində görülən işlərlə bağlı geniş təqdimat keçirilib. Ölkəmizin məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb.
Xanım Marta Koomenin isə öz növbəsində Keniya məhkəmə sisteminin fəaliyyəti, rəqəmsallaşma, proseslərin təşkilində informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib. İki ölkənin məhkəmə sistemi arasında qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Səfər zamanı nümayəndə heyəti Keniyanın əsas məhkəmə institutlarına, o cümlədən Milimani Məhkəmələr Kompleksindəki Milli Transkripsiya Mərkəzi və İnzibati Məhkəmə Xidmətləri Mərkəzinə baş çəkib. Həmçinin Transsərhəd və Terrorla Mübarizə sahəsində ixtisaslaşmış Kahava Məhkəməsi ziyarət olunub, Keniya Vəkillər Kollegiyasının rəhbər şəxsləri ilə görüş keçirilib. Məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Nümayəndə heyəti Azərbaycan Respublikasının Nayrobidəki səfirliyini də ziyarət edib.
Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Keniyadakı səfiri Sultan Hacıyev də iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət