Belə məmur obrazı klassik, mühafizəkar və ictimaiyyət tərəfindən bəzi hallarda tənqidə məruz qalan obraz kimi qəbul olunurdu. Amma hazırda cəmiyyətdə ictimai nəzarət funksiyası artdıqca, yeni ictimai tələblər yarandıqca, yeni keyfiyyətdə məmur obrazının yaranması da aktuallaşıb.
“İndiki təyinatlar innovativ məmur obrazını yarada bilib” - Tələb də dəyişib, keyfiyyət də...
Şəymən Bayramova
15:33 26.08.2020
Siyasət
1173
"Bu, xalqın içərisində olan, onun problemlərini həll edən obrazdır”
Hazırda ölkəmizdə həyata keçirilən islahatların ən önəmli istiqamətlərindən biri kadr islahatlarıdır. Kadr islahatları mərhələsində biz yeni keyfiyyət dəyişikliklərini müşahidə etməkdəyik. Uzun illər Azərbaycan ictimaiyyətinin alışdığı xüsusi bir məmur obrazı formalaşmışdı, eyni zamanda bu əvvəlki dönəmlərdə Azərbaycan məmurunun mənimsədiyi bir məmur obrazı idi.
Belə məmur obrazı klassik, mühafizəkar və ictimaiyyət tərəfindən bəzi hallarda tənqidə məruz qalan obraz kimi qəbul olunurdu. Amma hazırda cəmiyyətdə ictimai nəzarət funksiyası artdıqca, yeni ictimai tələblər yarandıqca, yeni keyfiyyətdə məmur obrazının yaranması da aktuallaşıb.
Millət vəkili Hikmət Babaoğlunun "Sherg.az"a açıqlamasına görə, hazırkı mərhələdə dəyişən və yenilənən Azərbaycanda köhnə məmur tipinin mövcud olması əsla mümkün deyil. Ona görə də son bir neçə ildə həyata keçirilən yeni təyinatlar yeni məmur obrazını yaratmağı bacarıb və bu obraz xalq tərəfindən qəbul olunur:
"Belə məmur obrazı xalqın içərisində olan, onun problemlərini həll edən obrazdır. Bu, həmçinin Azərbaycan Prezidentinin həmişə xüsusi olaraq vurğuladığı kimi, xalqa xidmət edən məmur obrazıdır.
Bu isə böyük bir nailiyyət və uğurdur. Dünən Prezident İlham Əliyevin onlayn formatda yeni icra başçılarını qəbul edərkən müxtəlif əhəmiyyətli məsələlərə toxunaraq bir daha ümumilikdə bütün məmurlar üçün ciddi xəbərdarlıq və tövsiyələrin bir daha səsləndirdi.
Məsələn, rayon icra hakimiyyəti başçılarına hər bir kəndi gəzməklə bağlı xüsusi tövsiyələr verildi. Rayonlara investisiya, sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin yaradılması ilə əlaqəli tapşırıq və tövsiyələr də diqqətdən yayınmadı.
Bu prosesdə hüququn bir daha xatırladılması isə tamamilə yerində olan hadisə idi. Çünki hüquq və ədalət olmadığı yerdə intizam və nümunəvi iş də olmayacaq.
Düşünürəm ki, Azərbaycan Prezidentinin məmurlara bir daha xəbərdarlıqlar etməsi, son günlərə qədər davam edən bəzi icra hakimiyyətlərinin özündən əvvəlki həmkarları ilə baş verən hadisələrdən ibrət dərsi çıxara bilməməsi ilə əlaqədar idi. Məsələn, Kürdəmir rayon icra hakimiyyətinin keçmiş rəhbəri...
Bu səbəbdən də, bir daha hüququn xatırladılmasını hamıya şamil olunan bir məsələ kimi qiymətləndirərdim. Xüsusən də, məsul vəzifədə çalışan şəxslərə. Bu da Azərbaycanın hüquqi dövlət fəlsəfəsindən və hüququn üstünlüyü prinsipindən irəli gəlir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat