İran ermənilərə təhlükəsizlik istəyir
Turan
09:49 04.11.2020
Siyasət
1612
"Dini rəhbər erməni qayğıkeşliyini gizlədə bilməyib"
Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır. Bu barədə İranın ali rəhbəri ayətulla Seyid Əli Xamenei xalqa müraciətində bildirib. Xameneinin sözlərinə görə, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir. O əlavə edib ki, beynəlxalq sərhədlərə riayət olunması zəruridir: “Əlbəttə, bu torpaqlarda yaşayan ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərə də riayət olunmalıdır. Baxmayaraq ki, bəziləri inkar edirlər, amma terrorçuların müxtəlif yerlərdən gətirilməsinə tutarlı dəlillər var. Ehtiyatlı olmaq lazımdır ki, terrorçular bizim sərhədlərimizdə yerləşməsin. Əgər onlar bizim sərhədlərə yaxınlaşsa və təhlükə hiss olunsa, kəskin cavab veriləcək”.
İranın növbəti rəsmi mövqeyi ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev bildirib ki, dini rəhbər çıxışının əvvəlində beynəlxalq hüquqa əsaslansa da, davamında erməni qayğıkeşliyini gizlədə bilməyib. Politoloq deyib ki, Xamenei ermənilərin təhlükəsizliyindən danışmağı da unutmayıb:
“Dini lider “ermənilərin təhlükəsizliyi” deyərkən gələcəkdə onlara veriləcək xüsusi statusu nəzərdə tutur. Əslində Xameneinin bir aylıq susqunluğunu pozması cəbhədə Azərbaycanın mütləq üstünlüyündən tam əmin olmasından irəli gəlir.
Xamenei çox gözəl anlayır ki, yaxın həftələrdə müharibə bitəcək və Azərbaycan Qarabağın tam sahibi olacaq. Bu isə İranın milli maraqlarına ziddir.
Əslində Xamenei öz bəyanatında Qarabağda Azərbaycan tərəfindən guya muzdlu terrorçuların döyüşməsi iddiasına dəstək vermiş oldu. Lakin İranın Azərbaycandakı dəstəkçiləri bunu fərqli istiqamətə yozaraq məlum bəyanatı alqışladılar.
Əgər dini rəhbər Azərbaycanın tərəfini saxlasaydı, terrorçuların konkret ermənilər tərəfdən döyüşdüyünü açıq deyərdi, tapmaca kimi danışmazdı. Necə ki, bunun əksini Ermənistan, Rusiya və Fransa açıq mətnlə deyir”.
V.Əfəndiyev vurğulayıb ki, ermənilərin təhlükəsizliyini təmin etmək üçün onlara xüsusi status verməyə ehtiyac yoxdur: “Azərbaycan tərəfi onlara mədəni muxtariyyat verməyi təklif edirdi.
Lakin indi vəziyyət dəyişir. Ermənilər döyüşləri dayandırmaq niyyətində deyil. Artıq Azərbaycan əhalisinin təhlükəsizliyindən söhbət gedir.
Bu da indiki vəziyyəti nəzərə alsaq, ermənisiz Qarabağda mümkündür. İran isə “ermənilərin təhlükəsizliyi” dedikdə bölgəyə kənar qüvvələrin müdaxiləsini nəzərdə tutur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə