İran nə ətdir, nə də balıq ! – “Sözü ilə əməli üst-üstə düşmür” – İşğalçıya dəstək !
Fidan Həmişəyeva
15:01 12.10.2020
Siyasət
1568
“Biz xoş münasibət göstərdikcə, İran arxamızca işlər çevirib, düşmənə yardım edəcəksə daha nə oldu?!”
"Gəncədəki terraktı malalayıb, baş qatmaq istəyir. Artıq belə şeylər keçmir”
“Onların ucuzlaşmış bir siyasəti var: Quzey Azərbaycan güclü və var olmasın”
İran İslam Respublikası Azərbaycanın şəhərlərinə, yaşayış massivlərinə raket hücumlarını və dinc insanların qətlə yetirilməsini pisləyir. Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib. Onun sözlərinə görə, İran Azərbaycan və Ermənistan arasında elan olunan humanitar atəşkəsin pozulmasından təəssüflənir:
“Beynəlxalq hüquq çərçivəsində danışıqlar başlanmalı, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı və işğal olunmuş ərazilər boşaldılmalıdır”.
Bir neçə gün öncə İran Prezidenti Həsən Ruhani də ölkə başçısı İlham Əliyevə zəng vurub. İran Prezidenti münaqişədən narahatlıq hissi keçirdiyini, tezliklə sülhün bərqərar olacağına ümid etdiyini bildirib. Lakin Ruhaninin və S.Xətibzadənin fikirlərinin qeyri-səmimi olduğu açıq-aydın ortadadır. Çünki istər indi, istərsə də 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ müharibəsi zamanı işğalçı Ermənistanı yalnız Rusiya və Fransa deyil, İran da silahlandırıb və ya silahlandırır.
Belə bir şəraitdə İranın səmimiyyətinə inanmaq mümkün deyil. Ermənistana dəstək olan Rusiya və Fransanın cinayətkarlığı dəstəkləməsi, faşizm idealogiyasına əsaslanması göz önündədir. İranın xisləti də məhz ikiüzlülükdür. Üzümüzə başqa cür danışıb, ayağımızın altını qazanlardan biri məhz İrandır.
Mövcud proseslər ətrafında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyevlə həmsöhbət olduq.
O “Sherg.az”a söylədi ki, İran tərəfi müsəlmanların, islam ümmətinin təəssübkeşi kimi davranır. Lakin bu davranışları heç də səmimi deyil:
"Torpaqlarımızın talanmasında İranın rolunu, silah-sursatın və yanacağın Ermənistana daşınmasını görürük. Bütün bunlar videogörüntülərdə əks olunub. Tovuz hadisələrindən sonra İranın hava məkanından birbaşa Ermənistana hərbi avadanlıq yardımlarının gətirilməsinə icazə verilməsi onu göstərir ki, İran birmənalı şəkildə Ermənistanın yanındadır. Bu gün İran doğurdan da islam hümmətindən danışırsa, gərək konkret addım atsın. Həmin addımları da Türkiyə, Pakistan və Əfqanıstan kimi atmaq lazımdır. Amma heç bir addım atmayıblar. Azərbaycan uzun müddət Ukrayna və Gürcüstandan dəstək aldı. İranın isə sözü ilə əməli üst-üstə düşmür. Bu gün də Ermənistana heç bir sanksiya tətbiq olunmayıb, İran yolları bağlamayıb. Yenə də Ermənistan silah- sursat daşınır”.
F.Quliyev qeyd edib ki, İran bir daha özünü ifşa etdi:
“İran Azərbaycanın bu savaşdan qalib çıxmasına heç vaxt maraqlı olmayıb. Lakin Azərbaycan birtərəfli qaydada problemsiz qonşuluq siyasətin yürüdülməsində maraqlı olub, İrana qarşı ziyanlı addım atmayıb.
Hesab edirəm ki, savaşdan sonra Azərbaycan qonşuluq siyasətin, dostlarının və düşmənlərinin, həmçinin müttəfiqlərinin kim olması barədə yeni bir xəritə yaratmalıdır. Biz xoş münasibət göstərdikcə, İran arxamızca işlər çevirib, düşmənə yardım edəcəksə daha nə oldu? Gəncədə baş verənlərlə bağlı Ermənistana hansı sanksiyanı tətbiq etdilər?
Ümumi şəkildə prosesləri malalayıb, baş qatmaq istəyirlər. Artıq belə şeylər keçmir. Ona görə heç vaxt İranın Azərbaycana qarşı səmimiyyətinə inanmamışam. Onların ucuzlaşmış bir siyasəti var: Quzey Azərbaycan güclü və var olmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə