
İran olmasaydı, Zəngəzur dəhlizi çoxdan açılmışdı - POLİTOLOQ
Yusif Nəzərli
01:46 08.04.2025
Siyasət
454
Yaxın günlərdə vəziyyət bir az da aydınlaşacaq, Tramp uzun müddət səbr göstərməyəcək
Rusiyalı siyasi şərhçi, televiziya aparıcısı Abbas Cuma İranın Ermənistan üçün önəmindən danışıb. A.Cuma bildirib ki, sabit və güclü İran Ermənistan üçün təhlükəsizliyin təminatçısıdır. Onun sözlərinə görə, İranın mövqeyi olmasaydı, Zəngəzur dəhlizi çoxdan açılmışdı. Ekspert iddia edib ki, ABŞ-nin İrana hücum edəcəyi təqdirdə qeyri-sabit, dağılmış İran Bakı və Ankaraya müəyyən imkanlar pəncərəsi açacaq və onlar bu imkandan istifadə edəcəklər. Məlumat üçün bildirək ki, Azərbaycanın Baş naziri Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Ciançao ilə görüşündə Zəngəzur dəhlizindən danışıb. Baş nazir Orta dəhlizin bütövlükdə Avrasiya, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əhəmiyyətini qeyd edib. Zəngəzur dəhlizinin açılmasının Orta dəhlizin inkişafına təkan verəcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ İrana qarşı sərt addımlar atmağa başlayıb. Ötən gün Yəmənin “Ənsar Allah” hərəkatından ən azı 70 üzvü ABŞ-nin əl-Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Yəmənin mədəniyyət və turizm naziri Müəmmər əl-İryani bildirib ki, zərbələr zamanı tanınmış husi liderləri və həmçinin Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirləri həlak olub.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, son günlər baş verən hadisələr ABŞ və İsrailin İrana qarşı zərbələr endirəcəyini nümayiş etdirir. Ekspert bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri, digər tərəfdən Çin, İran və Rusiya nümayəndələrinin Moskvada müzakirələri, İran-Rusiya arasında strateji tərəfdaşlıq haqqında sənədin təsdiq olunması ehtimalı göstərir ki, həqiqətən təhlükə artmaqdadır:

"Görünür, dünyanın böyük gücləri ABŞ və İsraili İrana hücumdan çəkindirmək istəyirlər. Üstəlik, İran bir neçə qonşu dövlətə müraciət edərək xəbərdarlıq edib, İsrail və Amerika Birləşmiş Ştatlarına heç bir kömək etməməyə çağırıb. Təbii ki, yaxın günlərdə müharibə ehtimalı az realdır. Çünki ABŞ Prezidenti Donald Tramp bu istiqamətdə heç biri uğuru olmasa da, özünü sülh tərəfdaşı kimi təqdim edir. İrana qarşı genişmiqyaslı müharibəyə başlamaq bölgədə və dünyada çox ciddi problemlər yarada bilər. ABŞ də bunu anlayır. Ancaq eyni zamanda İranın nüvə silahına sahib olmasının qarşısını nəyin bahasına olursa-olsun almağa çalışır. Bəs, İranın hədəf alınmasının, zəiflədilməsinin Zəngəzur dəhlizinin açılmasına təsiri ola bilərmi? Təbii ki, olar. Çünki dəhlizin açılmasının əsas əleyhdarı İrandır. Əgər İran bu cür kəskin mövqe ortaya qoymasaydı, Rusiyanı, Türkiyəni və Azərbaycanı müharibə ilə hədələnməsəydi, Ermənistanın ətrafındakı böyük dövlətlərə qarşı dayanması qeyri-mümkün olardı. Nəticədə Zəngəzur dəhlizi çoxdan açılmış olardı. Elə bunu nəzərə alaraq Türkiyənin prezidenti bəyan eləmişdi ki, Zəngəzur dəhlizinin açılmasının qarşısında əsas maneə Ermənistan yox, İrandır".
Siyasi şərhçi vurğulayıb ki, əslində, İranın dəhliz məsələsində mövqeyi qeyri-müəyyəndir:
"İran gah bütünlüklə dəhlizin açılmasına etiraz edir, Naxçıvana yolun öz ərazisindən keçməsini təklif edir, gah da Zəngəzur dəhlizinə nəzarətin İrəvanda olmasını tələb edir. Yəqin ki, yaxın günlərdə vəziyyət bir az da aydınlaşacaq. Tramp səbrli yanaşmağa cəhd göstərsə də, uzun müddət gözləmək fikrində deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual