İran Prezidenti Xankəndiyə gəlir

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşündə iştirak edəcək.

İyulun 3-4-də keçiriləcək sammitə digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaqlar.