İran razılığa gəlməsə, bombardman olacaq: İsrailin də Trampdan istədiyi budur
Yusif Nəzərli
06:20 31.03.2025
Siyasət
355
ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar təklifini əks etdirən məktubu ali dini lider Əli Xameneiyə göndərmişdi. Bununla Tramp İranda söz sahibinin ali dini lider olduğunu qəbul etmişdi. Ali dini lider əvvəlcə Trampa cavab məktubu göndərmək istəmirdi, sonra fikrini dəyişdi, müşaviri Əli Şəmxani bildirdi ki, Tehran Vaşinqtonla dolayı danışıqlara açıqdır, ancaq bunun üçün “bərabər əsaslı və qarşılıqlı hörmətə əsaslanan şərtlər” olmalıdır.
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Tramp iranlı həmkarı Məsud Pezeşkiana məktub göndərməsə də, o da Ağ Ev sahibinə cavabında ali dini liderin söylədiklərini təkrarladı:
“Pezeşkian bildirdi ki, vasitəçilər üzərindən danışıqlar mümkündür: “ABŞ əvvəlcə etimadı bərpa etməli, keçmişdəki yanlışları aradan qaldırmalıdır”. Gör kimə və nəyi məsləhət görürlər. Tramp “yanlışları aradan qaldırsaydı”, Barak Obamanın dövründə İranla imzalanan nüvə razılaşmasına geri qayıdış edərdi. Ağ Ev sahibi həmin razılaşmaya qayıtmaq istəmir, o, Tehrandan yeni razılaşmanın müzakirəsini tələb edir. Tehran, daha doğrusu, Qum isə Trampla nə birbaşa dialoqa tərəfdardır, nə də Ağ Ev sahibinin şərtlərini qəbul edir. Belə olan halda Tramp İrana qarşı hədələyici tonunu sərtləşdirib. Ağ Ev sahibi “NBC Nyus” kanalına müsahibəsində bildirib ki, əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədiyi zərbə olacaq. İsrailin də Trampdan istədiyi budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniya şahzadəsinin üçillik hərbi xidməti başa çatdı
22:47 11.07.2026
Dünya
Linda Noskova “Uimbldon” turnirinin qalibi olub
22:33 11.07.2026
İdman
Tramp müayinə nəticələrini açıqladı
22:22 11.07.2026
Dünya
Ukraynada briqada komandiri axtarışa verilib
22:14 11.07.2026
Dünya
Türkiyə Ukraynanı Ankoric razılaşmalarını dəstəkləməyə çağırdı
22:11 11.07.2026
Dünya
Korrupsiya əməliyyatı: Bələdiyyə sədri saxlanıldı
21:57 11.07.2026
Region
Gürcüstan DİN-in şöbə rəisinə elektron qolbaq taxılıb
21:41 11.07.2026
Region
Paşinyan dövründə də hüquqi biabırçılıqlar bitməyib - TƏHLİL
21:11 11.07.2026
Gündəm
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
21:07 11.07.2026
Dünya
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
20:47 11.07.2026
Dünya
İsrail mətbuatından Türkiyə etirafı: “Ağır zərbə aldıq”
20:08 11.07.2026
Gündəm
Rusiya Suma zərbə endirdi, ölənlər və yaralananlar var
19:54 11.07.2026
Dünya
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
19:42 11.07.2026
Futbol
Yazıçı kitabın müəllifi, oxucu - sahibidir...
19:38 11.07.2026
Ədəbiyyat