İranda hər il qeydə alınan alınan ölümlərin təxminən 57 mini hava çirkliliyi ilə əlaqəlidir.
Sherg.az xəbər verir ki, bunu İran səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.
O bildirib ki, bu vəziyyətin yaratdığı iqtisadi zərər 17-18 milyard dollar həcmində qiymətləndirilir.
“Hava çirkliliyi əhalinin sağlamlığını, xüsusilə də həssas təbəqələri ciddi şəkildə təhdid edir. Bu problemin aradan qaldırılması elmi əsaslı idarəetmə, kompleks planlaşdırma və siyasətlərin dəqiq icrasını tələb edir”, - Rəisi vurğulayıb.
Nazir müavini qeyd edib ki, hava çirkliliyinin əhəmiyyətli hissəsi köhnə motosiklet və istismar müddətini başa vurmuş avtomobillərlə bağlıdır: “Köhnə nəqliyyat vasitələrinin utilizasiyası üzrə proqramlar həyata keçirilsə də, onların yeniləri ilə əvəzlənmə sürəti hələ də yetərli deyil”.