
İranın Ali Rəhbərinin varisi məsələsi strateji önəm daşıyır - TƏHLİL
Yusif Nəzərli
13:46 27.06.2025
Siyasət
459
İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın Ali rəhbəri Əli Xameneinin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirib. Bu barədə “Reuters” agentliyi xəbər verib. Yüksəksəviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xamenei ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur. Aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülüb. Bunlardan biri Xameneinin 56 yaşlı oğlu Müctəba və Xomeyninin nəvəsi Həsəndir. İranda ali dini lider vəzifəsi təkcə siyasi rəhbərliyi deyil, həm də dini və ideoloji liderliyi özündə ehtiva edir.
Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, yeni liderin kim olacağı regionun gələcəyi və İrandakı rejimin qorunub - saxlanılması baxımından da önəmlidir. Ekspert bildirib ki, "Reuters"in adını çəkdiyi hər iki namizəd İranda kifayət qədər tanınan və ailə bağları güclü olan şəxslərdir:

"Hər iki şəxsin şansını çoxaldan və azaldan kifayət qədər amillər mövcuddur. Müctəba Xamenei İranın hazırkı ali rəhbəri Əli Xameneinin oğlu olması və mükəmməl dini təhsil alması səbəbi ilə hazırda əsas namizəd hesab edilir. Bundan başqa onun şansını artıran daha bir amil isə SEPAH -a yaxın sima olmasıdır. Ali rəhbərin seçimində SEPAH -ın güclü təsiri nəzərə alınarsa, bu onun şansını artırır. Lakin Müctəba Xameneinin şansını azaldan amillərdə az deyil. Əli Xameneinin oğlu olması onun şansını artırmaqla bərabər ciddi problemlərə də yol açır. Onun atasının yerinə gəlməsi Vilayəti - Fəqih sistemi ilə ziddiyət təşkil edir. Bu isə monoxtiyaya keçid kimi sayıla bilər. Eyni zamanda Müctəbanın xalq arasında nüfuzu zəifdir. Onun seçimi ciddi tənqidlərlə qarşılana bilər. Digər namizəd Həsən Xomeyni də həm İslam İnqilabının lideri Ruhulla Xomeyninin nəvəsi olması, həm də güclü dini təhsilinə görə şansı kifayət qədər böyükdür. Lakin onun da SEPAH və təhlükəsizlik orqanları ilə münasibətləri çox da yaxşı deyil".
Analitik qeyd edib ki, nəvə Xomeyni islahatçı qanada yaxındır və daha liberal siyasətin tərəfdarıdır:
"Həsən Xomeynin Əli Xameneini dəfələrlə tənqid edib və buna görə 2016 - cı il seçkilərində ali dini lideri seçən Xobregan Şurasına namizədliyi təsdiq edilməyib. Ancaq xalq arasında, xüsusilə gənclər içində nüfuzu güclüdür. SEPAH -dan və mühafizəkar çevrədən gələn güclü narazılıq onun ali rəhbərliyə gedən yolunu kəsə bilər. Həsən Xomeynin hazırda islahatçı cinahın rəhbəri hesab edilən keçmiş prezident Həsən Ruhani ilə yaxın münasibəti var. İranda Xomeynin təbliğatı məhz Ruhaniyə bağlı mediya qurumlarının vasitəsi ilə aparılır. İranın Ali Rəhbərinin varisi məsələsi təkcə daxili siyasi mübarizə deyil, həm də regional və qlobal güc balansına təsir edən strateji bir seçim olduğu üçün xüsusi önəm daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi