
İranın regionda geosiyasi mövqeləri tam iflasa uğrayır - Politoloq
Yusif Nəzərli
21:04 26.12.2024
Siyasət
366
Bundan sonra, Fələstin dövlətinin tanınması təmin oluna bilər
Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Yaxın Şərqdəki geosiyasi oyunları sürətlə dəyişib. Ekspertlərin fikrincə, nəticədə Rusiya ilə yanaşı, İran da regionda məğlub oldu və ciddi şəkildə nüfuz itirdi. Lakin Tehran rəsmilərinin son açıqlamalarında Dəməşqdəki yeni hökumətlə əlaqələr qurmağı hədəflədiyini deməsi xüsusi diqqət çəkib. İranın hökumət sözçüsü ölkənin Suriyadakı səfirliyinin yenidən açılması üçün danışıqların aparıldığını bildirib.
Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani isə İranı Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmət etməyə çağırıb. O, bu barədə sosial şəbəkə hesabında yazıb: "İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir". Xarici işlər naziri bildirib ki, İran Suriyada xaos yaymaqdan çəkinməlidir. O, Tehranı son bəyanatlarına görə məsuliyyətə çağırıb. Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei Suriya gənclərini ölkədə qeyri-sabitliyi təşkil edənlərə qarşı qətiyyətlə dayanmağa çağırmışdı. ABŞ administrasiyası İsraili Suriyanın yeni hökumətinin başçısı Əhməd əş-Şara (Colani) ilə münasibətləri inkişaf etdirməyə çağırıb. Vurğulanıb ki, Dəməşqlə güclü əlaqə İranın Suriyaya qayıtmasının qarşısını ala bilər. İran şirkətləri Suriyaya bütün uçuşları yanvarın 22-dək ləğv edib, çünki iki ölkə arasında hava hərəkəti Dəməşqin yeni hakimiyyət orqanları tərəfindən təsdiqlənməyib. İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfarzanə deyib ki, hazırda yanvarın 22-dək Suriyaya uçuşlar qadağandır.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, İranın Yaxın Şərqdə və regionumuzda geosiyasi mövqeləri və hərbi mövcudluğu iflasa uğrayır:

"Livanda Hizbullahın İsrail tərəfindən əməliyyatlarla zəiflədilməsi, Suriyada Bəşər Əsəd rejiminin süqutu İranın bu ölkələrdə hərbi və siyasi mövcudluğuna zərbə vurdu. Həmçinin İranın Hizbullaha təchizat zənciri qırıldı. Demək olar ki, İrana qarşı İsrailin hərbi zərbələri, Tehranı kifayət qədər çıxılmaz vəziyyətə salıb. Uzun illər dəstək verdiyi HƏMAS Misirdə İsraillə danışıqlar aparır. Danışıqların əsas predmetlərindən biri HƏMAS təşkilatının İranla əlaqələri kəsməsidir. Artıq Fələstin Adminstrasiyası Tehranı İordan çayının Qərb sahilində iğtişaşlar törətməkdə ittiham edib. ABŞ və İsrailin hərbi dəstəyi ilə Səudiyyə Ərəbistanı, BƏƏ İranın Yəməndə proksi qüvvəsi olan "Husilərə" genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Yaxın vaxtlarda Yəməndə İranyönümlü hakimiyyət də süqut edəcək".
Analitikə görə, Yaxın Şərqdə siyasi nizam yenidən dizayn edilir:
"İranın regionda geosiyasi mövqeləri tam iflasa uğrayır. Bundan sonra, Fələstin dövlətinin tanınması təmin oluna bilər. Qeyd edim ki, İranın proksi qüvvələri ilə yanaşı, PKK-YPG terror təşkilatına Türkiyə tərəfindən ciddi zərbələr vurulur. Suriyada Türkiyənin qalib gəlməsi, regionda yeni siyasi sabitliyin təmin olunmasına gətirib çıxarır. Baş verən proseslər fonunda İranın zəifləməsi Azərbaycanın maraqlarına cavab verir. İran Zəngəzur dəhlizinin açılmamasına qarşı mövqe ortaya qoyurdu. Ermənistan da İranın bu siyasətinə görə manevr edirdi. Artıq İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilməyəcək".
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi