
İrəvan ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşacaq - ŞƏRH
Yusif Nəzərli
03:54 27.12.2024
Siyasət
517
Ancaq Paşinyanın konstitusiya dəyişikliyini etmək niyyətində olmadığı ortadadır
Ermənistan Baş naziri Nikol Paşinyan tezliklə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sənədi imzalayacaq. Bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib. Deputat bildirib ki, ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir:
"Nikol tezliklə Əliyevin tələbini yerinə yetirəcək və Minsk qrupunun buraxılması ilə bağlı Bakıda hazırlanan sənədi imzalayacaq. Nikol artıq bunun anonsunu verib. Məsələn, bəyan edib ki, Minsk qrupu Ermənistandan Qarabağı təhvil verməyi tələb edirdi". Azərbaycan liderinin Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbinə gəlincə, Xaçaturyan vurğulayıb ki, Paşinyan bu tələbi də yerinə yetirəcək: “Nikol real Ermənistan tezisini ortaya atıb. Real Ermənistanın da yeni, real konstitusiyaya ehtiyacı var, ona görə də köhnəni dəyişdirmək lazımdır. O, bu əsasda konstitusiyaya dəyişiklik etməyə çalışacaq”. Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı-Qroznı aviareysinin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Paşinyanın bu addımı erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Həm Ermənistanın sosial şəbəkə seqmentində, həm də bəzi analitiklərin çıxışlarında Paşinyanın başsağlığı kəskin tənqid olunub.

Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında Ermənistan rəhbərliyinin konstitusiya dəyişikliyi ilə bağlı tələbi yerinə yetirməyəcəyini düşündüyünü desə də, İrəvan hökumətinin ATƏT-in Minsk qrupunun ləğvi məsələsində pozitiv addım atacağını ehtimal edir. Ekspert vurğulayıb ki, Nikol Paşinyanın konstitusiya dəyişikliyini etmək niyyətində olmadığı ortadadır:
"Paşinyan bununla bağlı müxtəlif fikirlər səsləndirir, gah 2026-cı il deyir, gah 2027-ci ilə işarə edir. Hətta bəzən, ümumiyyətlə, dəyişiklik olmayacağını söyləyir. Amma ATƏT-in Minsk qrupu ilə bağlı İrəvanın güzəştə gedəcəyini, daha doğrusu, Bakının tələbini yerinə yetirəcəyini düşünürəm. Çünki Minsk qrupunun qalması, həqiqətən də, mənasız, əhəmiyyətsizdir. Bu təşkilat onsuz da fəaliyyətini dayandırıb və heç bir səlahiyyəti yoxdur. Həmsədr ölkələr belə artıq bu qurumdan əllərini üzüblər. Rusiya, ABŞ və Fransa ayrı-ayrılıqda Cənubi Qafqazla bağlı öz nümayəndələrini təyin ediblər və öz maraqlarının təmin olunmasına çalışırlar. O baxımdan İrəvan hökumətinin Minsk qrupu tələbinə "hə" deyəcəyi ehtimalı böyükdür".
Analitikə görə, Paşinyanın təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verməsi də müsbət tendensiyadır:
"Bunlar sülh istiqamətində atılan addımları intensivləşdirə, stimullaşdıra bilər. Artıq erməni cəmiyyətində də sülhə yaxınlaşma meyilləri görünməkdədir. Bəzi erməni kanallarının, ekspertlərin, media təmsilçilərinin də təyyarə qəzasında həyatını itirənləri yad etməsi, kilsələrə gedib şam yandırmaları, hadisəni geniş işıqlandırmaları da sülh mühitinə doğru pozitiv addımlar kimi dəyərləndirilə bilər".
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi