İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır - RƏY
Yusif Nəzərli
02:49 31.01.2025
Siyasət
399
Ancaq bu ikili gedişatın nəticələri Ermənistan üçün heç də yaxşı qurtarmayacaq
"Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatlarındakı açıq ziddiyyət ortadadır. Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı bir-birinə zidd təşkilatlardır və bir ölkənin hər iki qurumda eyni anda təmsil olunması qeyri-mümkündür".
Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Rusiya tərəfi bununla bağlı öz açıq bəyanlarını dəfələrlə dilə gətirib:
"Paşinyanın Rusiya ilə Aİ arasında "balansı saxlayacağıq" açıqlaması İrəvan hökumətinin növbəti riyakarlığıdır. Ermənistan bir tərəfdən Rusiya ilə münasibətləri qoruyub saxlayır, ticarət əlaqələrini inkişaf etdirir, digər yandan isə Moskva ilə "məsafə saxladığını" iddia edir, Qərblə də əməkdaşlıqda maraqlı olduğunu vurğulayır. Bu, riyakarlıqdır. Aydın məsələdir ki, İrəvan Qərbə meyillənməni gücləndirmək şərti ilə Rusiya ilə də əlaqələrini qoruyub saxlamağa çalışır. Ermənistanın əsas məqsədi perspektivdə Rusiyadan tamamilə uzaqlaşmaq və birmənalı Qərbə yönəlməkdir".
Parlament üzvü vurğulayıb ki, Ermənistan hökumətinin gündəmində prioritet məsələ Qərbə inteqrasiya və Qərbin təşkilatlarında yerləşməkdir:
"Bir müddət sonra Ermənistanın Avropa təşkilatlarına üzv olmaqla bağlı ciddi hazırlıqlara başladığını görsək, bundan təəccüblənməməliyik. Bu, Paşinyan hökumətinin davamlı xarakter almış siyasətinin tərkib hissəsidir. Biz bu məqamı diqqətdə saxlamalıyıq. Ermənistan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır. Ancaq bu ikili gedişatın nəticələri Ermənistan üçün heç də yaxşı qurtarmayacaq. İkili oynamaqla uzun məsafə qət etmək qeyri-mümkündür. Ona görə Rusiya tərəfi bu məsələyə kəskin reaksiya bildirməlidir".
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi