İrəvanda küçələr döyüş meydanına dönür
09:47 14.11.2020
Siyasət
742
Ter-Petrosyan isə vətəndaş müharibəsinin başlamasından narahatlığını bildirib
Ermənistanın paytaxtı İrəvan şəhərində kütləvi etiraz aksiyası başlayıb. Paytaxtın Azadlıq meydanına toplaşan etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Minlərlə insan əllərində "Paşinyan xain", "Paşinyan getsin" şüarları yazılmış plakatlarla Azadlıq meydanına toplaşıblar. İrəvanda küçələr döyüş meydanına dönərkən, rus sülhməramlıları Xankəndinə girib və erməni əsgərləri oradan geri çəkilməyə başlayıb. Digər tərəfdən Ermənistanın keçmiş prezidenti işə qarışıb.
Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan müqavilə ilə bağlı partiyası adından açıqlama verib. O, Ermənistandakı siyasi böhranın "konstitusiya yolu ilə həll edilməsinə" çağırıb.
O həmçinin hökumətlə müxalifət arasında sağlam düşüncə razılaşmasının əldə edilməsinin lazım olduğunu söyləyib. Ter-Petrosyan Erməni Milli Konqresi adından verdiyi açıqlamada isə "Bizi narahat edən tək şey vətəndaş müharibəsinin başlanmasıdır" deyib.
BBC-nin İrəvanda baş verən hadisələrlə bağlı verdiyi xəbərdə qeyd olunub ki, İrəvanda toplaşan etirazçılar 44 günlük müharibəni bitirən müqavilənin ləğv edilməsini tələb edirlər.
Ancaq müxalifət partiyalarının parlamentdəki fövqəladə toplantı üçün kifayət qədər səs çoxluğunu əldə edə bilmədikləri vurğulanıb. BBC müxbiri Jonah Fişer bildirib ki, dünənki etiraz aksiyaları zamanı "Dağlıq Qarabağ" itkisini həzm edə bilməyən Ermənistan vətəndaşları göz yaşlarına boğulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou