İsrail diplomatı: İlham Əliyev təsdiqlədi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir
16:12 15.11.2020
Siyasət
634
Hazırki geosiyasi vəziyyətə baxanda aydın olur ki, ikinci Qarabağ müharibəsinin mütləq qalibi Azərbaycan və Azərbaycan Prezidentidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrail diplomatı, “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmi YouTube-da yayımlanan “Solovyov life” verilişində söyləyib. O deyib ki, Azərbaycan Prezidenti bütün məqsədlərinə çatıb, ermənilərin işğalı altında olan torpaqları azad edib. Y.Kedminin fikrincə, növbəti danışıqlarda Dağlıq Qarabağın statusu Ermənistanın xeyrinə dəyişməyəcək. “Boşboğaz və məsuliyyətsiz ermənilərin indiki rüsvayçı məğlubiyyətdən əvvəl Azərbaycanla razılığa gəlmək və Ermənistan sərhədlərində qalmaq imkanı var idi”, - deyə o vurğulayıb.
Aparıcı Vladimir Solovyov həmsöhbətini dəstəkləyərək Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyanla bilavasitə qarşıdurmada mütləq qalib olduğunu etiraf edib: “O, Paşinyanı məhv etdi. Paşinyan naməlum səbəbdən Şuşada rəqslər təşkil etmiş bacarıqsız rəqqas, Əliyev isə peşəkar prezidentdir”.
Y.Kelmi qeyd edib ki, Azərbaycan Prezidentini həm təhsilinə, həm təcrübəsinə, həm də dövlətçilik təfəkkürünə görə Paşinyanla müqayisə etmək olmaz. İsrail güc strukturlarının sabiq nümayəndəsi deyib: “Əliyev Azərbaycan tarixində hələ heç kimin etmədiyini etdi. O, öz qüvvəsi ilə Azərbaycanın milli problemlərindən birini həll etdi, Azərbaycanı həm beynəlxalq, həm də milli baxımdan möhkəmləndirdi. O təsdiq etdi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir”.
Dağlıq Qarabağda ermənilərə qarşı Azərbaycan ordusunun tərkibində əcnəbilərin vuruşduğunu iddia edənlərə cavabında Y.Kelmi sual edib: “Siz bir türk əsgərinin və ya suriyalının cəsədini tapmışınız? Bir nəfər də olsun qeyri-azərbaycanlının meyitini tapmışınız?”. V.Solovyovun “üç suriyalı əsir dindirilib” iddiasına cavab olaraq o, “üç suriyalı ermənilərə qalib gəlib?” sualını verib və deyib: “Azərbaycan ordusu qalib gəlib, çünki onun döyüş qabiliyyəti, ciddi əməliyyatlar həyata keçirmək bacarığı yüksək səviyyədə idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou