İzmirdə Azərbaycana dəstək aksiyası keçirilib
18:19 23.07.2020
Siyasət
659
Türkiyənin İzmir şəhərində Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və işğalçı siyasət aparmasına etiraz məqsədilə aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, "Can Azərbaycan" platformasında birləşən qeyri-hökumət təşkilatlarının və azərbaycanlı tələbələrin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbir İzmirin mərkəzindəki Konak meydanında baş tutub. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan yalnız deyil!", "İzmirdən Azərbaycana salam olsun!", "Can Azərbaycana canımız fəda!", "Səninləyik, Azərbaycan!", "Bir millət, iki dövlət!" kimi şüarların səsləndirildiyi aksiyada siyasi partiyaların nümayəndələri, qeyri-hökumət təşkilatlarının sədrləri, universitet müəllimləri, azərbaycanlı tələbələr, media təmsilçiləri və yerli ictimaiyyətin nümayəndləri iştirak ediblər.
Aksiyaçıların arasında Azərbaycanın və Türkiyənin tanınmış müğənnisi, "O səs Türkiyə" musiqi yarışmasının qalibi Elnur Hüseynov da olub. O, "Ermənistanın təcavüzkar siyasətinə son qoyulsun!" plakatını qaldırmaqla işğalçılara etirazını ifadə edib.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və ermənilərin hərbi təxribatları zamanı qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlayıb. Aksiyada Azərbayan Türkləri və Dost Dərnəkləri Federasiyasının rəhbəri İsa Ambarcı, Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri dr. Asif Kurban, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının sədri Gürsəl Özdəmir, Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Paşa, Çağdaş Azərbaycan Kültür Dərnəyinin sədr müavini Murtaza Karaçanta, Protestan Baptist Kilisələri Dərnəyinin başçısı pastor Ərtan Çevik və İzmir Sivil Toplum Kuruluşları Konfederasiyasının rəhbəri Yalçın Kocabıyık çıxış ediblər.
Çıxış edənlər Azərbaycana qarşı hərbi təxribatları şiddətlə qınayaraq, Ermənistandan işğalçı siyasətindən əl çəkməsini, işgal altındakı qədim Azərbaycan torpaqlarını tərk etməsini tələb ediblər, dünya birliyini təcavüzkar dövlətin beynəlxalq hüquq normalarını və bütün insani dəyərləri kobudcasına tapdalamasına biganə qalmamağa, Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi