Təcavüzkar ölkə həm əsgəri, həm də texniki resurs baxımından tükənib. Bununla belə işğalçıya müxtəlif yollarla silah göndərib onu döyüşə ruhlandırmaq istəyən qüvvələr də var. Bu gün xalqa müraciət edən zaman dövlət başçısı İlham Əliyev də qeyd edib ki, düşmən sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir:
“Kartlar” açıq oynanılır: “Rusiya Ermənistana pulsuz silah verir”
12:52 26.10.2020
Siyasət
1639
Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında uğur qazanmağa, düşmənin yuxusuna qaçırmağa davam edir. Demək olar ki, hər gün Ali Baş Komandan İlham Əliyev xalqa yeni müjdəli xəbərlər verir. Ermənistan ordusunun hərbi-texniki resursları ilə yanaşı, canlı qüvvə resursları da Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilir. Hətta bəzi idiialara görə düşmən orusu “Ağ bayraq ” qaldırmaq ərəfəsindədir. İşğalçı ölkə artıq cəbhəyə göndmərməyə əsgər, insan tapmır.
Təcavüzkar ölkə həm əsgəri, həm də texniki resurs baxımından tükənib. Bununla belə işğalçıya müxtəlif yollarla silah göndərib onu döyüşə ruhlandırmaq istəyən qüvvələr də var. Bu gün xalqa müraciət edən zaman dövlət başçısı İlham Əliyev də qeyd edib ki, düşmən sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir:
“Və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq niyyətindədir. Belə məlumatlar var. Və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar.
Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, neynəyib gətirib, necə boşaldıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb. Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”.
Biz də “Sherg.az”a olaraq cənab Prezidentin “Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?” sualına ən dolğun cavabı öyrənmək məqsədilə politoloq Əhəd Məmmədli ilə əlaqə saxladıq. O bildirdi ki, Ermənistanın havadarlarının kim olduğu açıq-aydın bəllidir:
“Ali Baş Komandan çıxışında açıq-aydın vurğuladı. Ermənistan müstəqilliyini bərpa edəndən bəri Rusiya Ermənistana silah verir. Onlar Rusiyanın hesabına birinci Qarabağ müharibəsində uğur qazandılar.
Rusiya ilə Ermənistan hərbi siyasi müttəfiqdirlər. 90-cı illərdə Rusiyada Roklin adlı general var idi, 1 milyarddan çox qiyməti olan silahın Ermənistana pulsuz verilməsi barədə açıq fikir bildirmişdi.
Qısa müddətdən sonra o naməlum şəkildə vəfat etmişdi. Bu tarix davam edir. Prezident Minsk qrupu həmsədrlərinin Azərbaycana qarşı olduğunu bildirdi.
Prezidentin arxasında Türkiyə, Pakistan, ən əsas da xalq dayanıb. Bizim həmvətənlərimiz Xankəndiyə, Şuşaya qayıdacaq. Bugünkü çıxış isə xalqla prezidentin bütövlüyünün göstəricisidir".
Aygün Mustafayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual