Kavelaşvili Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib

“Bir sıra nümunəvi layihələr həyata keçiririk”.
Sherg.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirib.

Gürcüstan Prezidenti deyib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir: “Buna görə Azərbaycan Prezidentinə təşəkkür edirəm”.