Zənn etdilər ki, Azərbaycan Rusiya faktorunu nəzərə alaraq işğal altındakı torpaqlarını müharibə yolu ilə geri almağı düşünməz. Əslində, 2016-cı ilin aprel döyüşləri vaxtı regionda baş verənlər Ermənistan hakimiyyətinə bir siqnal olmalı idi. Lakin o vaxt Sarkisyan, daha sonra Paşinyan hakimiyyəti bu hadisələrdən düzgün nəticə çıxarmadı. İndi hamının məğlubiyyətlə bağlı Paşinyanı ittiham etməsi fonunda baş nazir sabiq rəhbərləri günahlandırır. Paşinyan beynəlxalq ictimaiyyətin Ermənistanı işğalçı kimi tanımasına görə məhz Köçəryan-Sarkisyan hakimiyyətinin məsuliyyət daşıdığını bildirir. Paşinyanı təslim olmaqda ittiham edən Serj Sarkisyan və Robert Köçəryan nədənsə unudurlar ki, 2016-cı ilin aprel döyüşləri vaxtı Sarkisyan da xələfi Paşinyan kimi Moskvaya zəng edərək xilas üçün yalvarmış, Azərbaycanın şərtlərini qəbul edəcəyini bildirmişdi. Utanmazlıq bu cütlüyün qanına o qədər hopub ki, yaranmış vəziyyətdən istifadə edərək, yenidən hakimiyyətə qayıtmaq istəyirlər. Azərbaycan xalqının qatı düşməni Köçəryan bu məsələdə daha həvəsli görünür. 30 ildir həm bölgədə gərgin vəziyyətin, düşmənçilik münasibətlərin davam etməsinin, həm də Azərbaycan və erməni xalqlarının başına açılan oyunların baş rolunun ifaçılarından olan Köçəryan-Sarkisyan cütlüyü, yaxud onların adamı yenidən hakimiyyətə gələcəksə, bundan ən çox ziyan çəkən də elə erməni xalqı olacaq.
Keçmiş unudulmur - Köçəryan-Sarkisyan cütlüyü xilaskar ola bilməz