Kəmərin mühafizəsinə Türkiyə - NATO hərbiçiləri cəlb edilməlidir - Politoloq
Turan
13:29 13.09.2020
Siyasət
1171
“Azərbaycanın iştirakçısı və müəllifi olduğu Cənub Qaz Dəhlizi, həmçinin onun seqmentləri TANAP və TAP layihələri Qərblə Azərbaycan arasında sıx siyasi və iqtisadi körpüdür”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, “Şahdəniz-2” kondensat qaz yatağından hasil edilən qaz Avropanın enerji diversifikasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə siyasi dəstəyin verilməsi baxımıdan da önəmlidir:
“Kəmər vasitəsilə ildə 10 milyard kubmetrdən artıq qazın ötürülməsi nəzərdə tutulur. Həcmin 20 milyard kubmetrə qədər qaldırılması proqnozlaşdırılır ki, bununla da Azərbaycan Avropanın enerjidən asıllığını xeyli azaldacaq. Əgər Azərbaycan Avropa üçün bütün təzyiqləri gözə alıb buna gedirsə, Avropa da Qarabağ məsələsində öz töhfəsini konkret olaraq verməlidir. Rəsmi Bakı Avropa dövlətlərindən Ermənistana qarşı təzyiqlərin güclənməsinə çalışmalıdır. Gələn ildən Azərbaycanla Avropa arasında yeni iqtisadi mərhələ başlayır. Rusiyanın qaz bazarına alternativ olan bu layihyəyə qarşı müəyyən təhdidləri qaçılmazdır. Məhz Ermənistanın Tovuz təxribatlarında əsas məqsəd TAP layihəsinə zərbə endirmək idi. Ona görə bu kəmərlərin Tovuz istiqamətində mühafizəsinə Türkiyə-NATO hərbiçiləri cəlb edilməlidir. Belə olan təqdirdə Ermənistan kəmərlərə qarşı mümkün təxribatlardan çəkinər”.
M.Əsədullazadənin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz və Avropada geosiyasi və geoiqtisadi nizamın stabilləşməsinə töhfə verir:
“TANAP və TAP təkcə iqtisadi deyil, siyasi bir layihə olaraq Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər geopolitik qarşıdurmada Avropanın öz nüfuzunu bu coğrafiyada genişləndirməsi deməkdir. Yaxın illərdə Azərbaycan Avropa üçün tərəfdaş ölkə olaraq strateji maraqların reallaşmasına töhfə verəcək. Bu da Azərbaycanın təhlükəsizliyinə və Qarabağ məsələsində ölkəmizə tam dəstəyin verilməsi ilə nəticələnə bilər. Enerji layihələri iqtisadi qazanc olmaqla yanaşı, geosiyasi layihə kimi Azərbaycanın regional gücünün artırılmasına xidmət edəcək. ABŞ da bu məsələdə Azərbaycana dəstək verəcək. Yaxın perspektivdə Rusiya-Ermənistan tandemi regionda zəifləyəcək. Nəticədə Ermənistan Qərb üçün regionda onun maraqlarına təhdid kimi qəbul ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat