Kiminin üzü gülür, kimi isə...
Turan
00:14 28.01.2021
Siyasət
787
İki partiya yeni ofisində işinə başlayıb
Digər təşkilatlar isə istilik problemindən qərargahlarına köçə bilmirlər
Son dövrlər iqtidar nümayəndələrinin müxalifət təmsilçiləri ilə mütəmadi görüşləri, onların problemlərinin dinlənilməsi və həlli istiqamətində atılan addımlar ölkənin ictimai-siyasi sektorunda canlanma yaradıb. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti bu dialoqun fəal iştirakçılarına çevriliblər. Yeni siyasi mədəniyyətin təşəkkül tapması istiqamətində dövlət tərəfindən atılan mühüm addımlardan biri də 10-dan çox partiyanın mərkəzi qərargahla təmin olunmasıdır.
Məlum olduğu kimi bir müddət əvvəl siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə təşkilatlara yeni ofislər verilib. Ofislərlə təmin olunmuş partiyaların yeni qərargahlarına köçüb-köçmədiklərini öyrənmək üçün bir neçə siyasi təşkilatla əlaqə saxladıq. Məlum oldu ki, partiyaların bir qismi təzə ofislərə daşınsalar da, digərləri hələ köçə başlamayıb.
AĞ partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə açıqlamasında yeni qərargaha köçdüklərini deyib:
“Bizə verilən yeni ofisdə fəaliyyətimizi davam etdiririk. Düzdür, bəzi texniki məsələlər həll olunmamış qalır. Həm də partiyamızın idarəçiləri və üzvləri son dönəmlərdə xeyli artıb. Ofisimiz daha böyük olsaydı, yaxşı olardı. Amma nəzərə alaq ki, uzun müddət ölkədə partiyaların, xüsusən müxalifyönlü təşkilatların qərargahı ümumiyyətlə olmayıb. Şəxsən biz illərlə axtarışda olsaq da, ofis tapa bilmirdik. İnsanlar müxalifət sözü eşidən kimi icarəyə otaq verməkdən çəkinirdilər. Əvvəlki duruma baxsaq, indiki vəziyyət qənaətbəxşdir”.
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə də şəhərin mərkəzindəki yeni ofisə daşındıqlarını söyləyib:
“Ofisimiz “Lider” televiziyasının yerləşdiyi binadadır. İstilik problem olsa da, həlli mümkündür. Yeni qərargah bizim üçün çox önəmliydi. Çünki partiyamızın ofisi yox idi. Verilən məkan bizi qane edir. Hər halda müxalif partiyalara dövlət tərəfindən ofis verilməsi siyasi münasibətlər sistemində yeni mərhələnin başlanğıcıdır. Bu cür addımlar müxalif partiyaların inkişafına təkan verir”.
AMİP təmsilçisi Əli Orucov isə pandemiya səbəbindən hələlik yeni ofisə köçmədiklərini deyib:
“Koronavirusla bağlı məhdudiyyətlər səbəbindən əşyalarımızı təzə qərargaha daşıya bilməmişik. Ancaq köçməyə hazırıq. Düzdür, müəyyən sıxıntılarımız var. Ofis üçün zəruri olan mebel avadanlıqları, texniki ləvazimatlar hələ alınmayıb. Bununla bağlı çətinliklərimiz mövcuddur. Əlbəttə, partiyalara dövlət tərəfindən ofislərin verilməsi təqdirəlayiqdir. Amma partiyalara elə imkan yaradılmalıdır ki, öz maliyyə imkanları ilə, yaxud dövlətin ayırdığı vəsait hesabına istədikləri yerdə, əlverişli ofisi icarəyə götürə bilsinlər. Türkiyə təcrübəsi göz önündədir. Qardaş ölkədə partiyaların mərkəzi qərargahları möhtəşəmdir, hər cür təminatları var. Amma bizdə 10 partiyanı bir binanın iki-üç mərtəbəsinə yerləşdirib, hərəsinə də üç-dörd otaq veriblər. Bir siyasətçi kimi bunu məqbul saymıram. Vaxtı ilə AMİP-in “Azadlıq” prospektində 4 mərtəbəli gözəl ofisi var idi. Amma bir gecədə bizi oradan çıxartdılar, əmlakımız da it-bata düşdü. Uzun müddət “köçkün” həyatı yaşadıq. Onun müqabilində indi bizə 70-80 kvadrat metrlik ofis veriblər”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də partiyanın yeni ofisə köçmədiyini bəyan edib:
“Köçməməyimizin səbəbi odur ki, ofisə istilik verilməyib. Qərargahın ölçüsü bizi qane etsə də, yerləşdiyi ərazi o qədər də uyğun deyil. Hələlik digər problemlər də var ki, onları həll edəndən sonra köçməyi planlaşdırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə