“Heç kəsə sirr deyil ki, Ermənistan yüzillik güclü diasporalarının dəstəyi ilə beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini zəiflətməyə çalışıb. Ancaq artıq bu reallığı dəyişməyin zamanı çatıb. Odur ki, hazırkı vəziyyətdə Ukrayna kimi strateji əhəmiyyətli bir ölkənin Azərbaycanın yanında olması çox önəmli hadisədir.
Kiyevlə müttəfiqlik tarixi zərurətdir
Turan
07:35 24.09.2020
Siyasət
805
"Ukrayna kimi strateji əhəmiyyətli bir ölkənin Azərbaycanın yanında olması çox önəmli hadisədir"
Ermənistanın Azərbaycanla sərhəddə həyata keçirdiyi təxribatdan sonra bir sıra dövlət başçıları Prezident İlham Əliyevə zəng ediblər. Təbii olaraq rəsmi Bakıya telefon açan ilk lider Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.
Qardaş ölkə rəhbəri Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə liderinin və xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Dövlət başçıları dost və qardaş Türkiyə ilə Azərbaycanın həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağını vurğulayıblar.
Azərbaycan rəhbəri ilə telefon əlaqəsi saxlayan digər dövlət başçılarından biri isə Ukrayna Prezidenti Vladimir Zelenski olub. Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Prezident İlham Əliyev Azərbaycan üçün də Ukraynanın strateji tərəfdaş olduğunu söyləyib. Dövlət başçıları Ukraynanın və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərində ölkələrimizin bir-birini dəstəklədiyini qeyd ediblər. Dövlət başçısı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə Zelenskini məlumatlandırıb.
Ümumiyyətlə, son günlər Azərbaycanın təbii müttəfiqi Türkiyə ilə yanaşı, digər ölkələrin, ələlxüsus Ukraynanın rəsmi Bakıya dəstəyi aydın müşahidə olunmaqdadır. Rəsmi Kiyev öz addımları və bəyanatları fonunda Bakı ilə daha sıx əməkdaşlıqda maraqlı olduğunu isbatlayıb. Siyasi şərhçilər də Ukraynanın kifayət qədər önəmli ölkə və güclü tərəfdaş olduğunu vurğulayırlar. Hətta Azərbaycan-Türkiyə və Ukrayna üçlüsündən ibarət hərbi-siyasi birliyin yaradılmasının zəruriliyini də dilə gətirirlər.
AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında deyib ki, Qarabağ məsələsində Azərbaycan üçün istənilən ölkənin dəstəyi önəmli və lazımlıdır. Partiya sədrinin sözlərinə görə, Qarabağ uğrunda savaş yalnız cəbhə xəttində deyil, həm də beynəlxalq sərhəddə aparılır:
“Heç kəsə sirr deyil ki, Ermənistan yüzillik güclü diasporalarının dəstəyi ilə beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini zəiflətməyə çalışıb. Ancaq artıq bu reallığı dəyişməyin zamanı çatıb. Odur ki, hazırkı vəziyyətdə Ukrayna kimi strateji əhəmiyyətli bir ölkənin Azərbaycanın yanında olması çox önəmli hadisədir.
Unutmayaq ki, Ukrayna SSRİ-nin təsisçisi olmuş üç ölkədən biri olub. Sadəcə bu faktın özü onun beynəlxalq siyasi arenadakı rolunu göstərməyə kifayət edir. Həmçinin, nəzərə alsaq ki, ermənilərə havadarlıq edən Rusiya hazırda Ukraynanın bir hissəsini ilhaq edib, o zaman bizim müttəfiqliyin zərurət olduğu sübut olunur”.
T.Abbaslı bildirib ki, Ukrayna SSRİ zamanından əsas silah istehsal edən ölkələrdən biridir:
“Bizim üçün Ermənistanla mümkün müharibə zamanı bu amil çox lazımlı olacaq. Təbii ki, Türkiyə-Ukrayna-Azərbaycan hərbi-siyasi birliyi çox uğurlu layihə ola bilər. Ancaq nəzərə alsaq ki, Türkiyə hələ də NATO-nun üzvüdür, o, baxımdan hələlik bu təşəbbüs real görünmür. İstənilən halda Ukrayna ilə funksional əməkdaşlığımız hər iki dövlət üçün faydalı və lazımlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat