Koçaryan Moskvadan umduğu dəstəyi ala bilib
Turan
06:29 10.02.2021
Siyasət
733
"Müxalifət düşərgəsi baş naziri biabırçı məğlubiyyətlə suçlayır, seçkini “intiqam” prosesinə çevirmək məqsədi güdür"
"Nə qədər ki, Putin reallığı var, Koçaryan hər zaman ölkədə güclü namizəd sayılacaq"
Ermənistanda siyasi gərginlik artmaqdadır. Sabiqlərin yenidən hakimiyyətə gəlmək istəyi onsuz da kövrək olan vəziyyəti daha kritikləşdirir. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan mövcud hakimiyyətə qarşı çıxışlarını bir qədər də sərtləşdiriblər. Hələlik Koçaryan daha fəal görünür. O, bir neçə gün əvvəl böyük siyasətə qayıtdığını və qarşıdakı seçkilərdə iştirak edəcəyini açıqlayıb. Eks prezidentin yenidən Moskvada peyda olması, “Rusiya ilə birgə güclü Ermənistan. Yeni Birlik Uğrunda” adlı hərəkatın yaradılması göstərir ki, Koçaryanın rəhbərliyi altında hərbi xuntanı yenidən Ermənistanda hakimiyyətə gətirməyi planlayanlar var.
Bir qisim ekspertlərin fikrincə, Koçaryan Ermənistandakı prosesləri mürəkkəbləşdirmək məqsədi ilə siyasi səhnəyə qaytarılıb və Moskvadan təlimatlar alıb. Rusiya çalışır ki, Koçaryan vasitəsilə müxalifəti toparlasın və parlament seçkilərində iğtişaşa gətirib çıxaracaq bir xaos formalaşdırsın. Hazırda Koçaryanın əsas missiyası Rusiyanın maraqlarını regionda tam bərpa etməkdir. Vurğulanır ki, əgər Ermənistanda çevriliş olarsa və Koçaryan hakimiyyəti zəbt edərsə, proseslər 180 dərəcə dəyişə bilər.
İlk növbədə Azərbaycana qarşı münasibətlər kəskinləşərək Qarabağa iddialar yenidən baş qaldırar. Digər politoloqlar isə hesab edirlər ki, Koçaryanın hakimiyyətə gəlməsi qeyri-mümkündür, çünki ölkə daxilində dəstəyi çox azdır. Amma sabiq prezident hərbi çevrilişə əl ata, bacardığı qədər proseslərə zərbə vura bilər. Bu arada Rusiya KİV-ləri gündəmə gətirdikləri sorğularla Paşinyan və Koçaryanın “reytinqini” də ölçməyə başlayıblar. Rus nəşrləri iddia edirlər ki, ictimai rəy sorğularına əsasən, Paşinyana etimad göstəricisi 8-10 faiz arasında dəyişir. Eks-prezident Robert Koçaryanın reytinqi isə 44-46 faizə yüksəlib və əgər seçkilər baş tutarsa, onun qalib gələcəyi bildirilir.
“Qarabağ klanı”nın aktivləşməsini “Şərq”ə dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, Koçaryanın Moskva səfəri və orada keçirdiyi görüşlər keçmiş prezidentin siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı suallara aydınlıq gətirdi. Ekspertin sözlərinə görə, eks-prezident aktiv siyasətə qayıdıb və seçkilərdə iştirak qərarı alıb:
“Əsas məqam müxalifətin vahid namizədinin kim olacağıdır. Ermənistan müxalifətində hakimiyyətə iddialı namizədlər çoxdur. Eks prezidentlərlə müxalifət partiyalarının görüşü göstərir ki, Yerevan müxalifəti ilə “Qarabağ klanı”nı təmsil edənlər arasında ortaqlıq var. Hər iki siyasi qüvvə Baş nazir Nikol Paşinyana qarşı birgə mübarizə etmək qərarına gəlib. Əlbəttə, bu istiqamətdə Kremlin rəyi çox vacib idi. Görünür, Koçaryan Moskvadan umduğu dəstəyi müəyyən mənada ala bilib.
Müxalifətin seçki canfəşanlığı isə məqsədyönlüdür. Hökumətə qarşı çıxanlar seçkini “Qarabağı ermənilərə “qazandıran” klanla torpaqları itirən Paşinyanın mübarizəsi” fonunda cəmiyyətə təqdim etməyə çalışırlar. İddia edirlər ki, guya, Koçaryan geri dönərsə, Qarabağı “qaytaracaq”. Bir növ erməni ictimaiyyətini manipulyasiya edir, cəmiyyətdəki revanş hissini alovlandırmaq istəyirlər”.
T.Rzayevin qənaətincə, müxalifət düşərgəsi baş naziri biabırçı məğlubiyyətlə suçlayır, seçkini “intiqam” prosesinə çevirmək məqsədi güdür:
“Müxalifəti bir araya gətirən başqa səbəblər də var. Birincisi, xalq nəinki iqtidara, heç müxalifətə də inanmır. Erməni müxalifətinə xarici qüvvələrin və diasporanın dəstəyi xeyli zəifləyib. Xarici əlaqələrə malik yeganə müxalif siyasətçi Koçaryandır. Bunun əsas səbəbi Rusiyanın birbaşa onu dəstəkləməsi deyil, Kreml rəhbəri ilə şəxsi münasibətləridir. Nə qədər ki, Putin reallığı var, Koçaryan hər zaman ölkədə güclü namizəd sayılacaq. Lakin əsas reallıq odur ki, hətta Ermənistanda Koçaryan hakimiyyətə gəlsə belə, edə biləcəyi nəsə yoxdur.
Putinlə dostluğu real siyasi sferaya təsir gücündə deyil. Artıq regionda siyasi reallıqlar və proseslərə baxış köklü surətdə dəyişib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm