Koçaryan parlament seçkisinin tez keçirilməsini istəmir...
20:25 29.01.2021
Siyasət
697
Natiq Miri: "...Ona görə ki, Qarabağ klanı ciddi siyasi zərbə alacaq"
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan erməni mətbuatına müsahibəsində deyib ki, erkən parlament seçkiləri keçiriləcəyi təqdirdə iştirak edəcək və qələbə qazanacaqlar.
Ancaq indiki vəziyyətdə o, Ermənistanda seçkilərin keçirilməsinin təhlükəli olduğunu vurğulayıb. Robert seçkilərin ölkədə vəziyyət sabitləşdikdən sonra və daha sakit bir mühitdə keçirilməsinin doğru olacağını düşünür.
Robert Koçaryan həmçinin siyasi mübarizə və komanda üçün lazımlı vasitələrə sahib olduğunu da qeyd edib.
Politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, Koçaryanın növbədənkənar seçkinin keçirilməsini istəməməsi Ermənistanın bilavasitə təhlükəsizliyi ilə bağlı məsələ deyil. Politoloq qeyd edib ki, onun bu yöndə iddiaları yalandır və ictimai rəyi aldatmağa yönəlik bir cəhddir:
"Çünki bu gün Ermənistanın Azərbaycan tərəfindən hər hansı bir təhlükəsizlik problemi yoxdur. Yəni Azərbaycan Qarabağdan əlavə Ermənistanın ərazilərini işğal etmək hədəfini özü üçün qoymayıb. Ona görə də bu baxımdan Ermənistanın təhlükəsizlik məsələsi yoxdur. Əksinə, Ermənistanın iqtisadi, gələcək perspektivi, regional əməkdaşlığı Azərbaycan və Türkiyənin təklif etdiyi altılıq əməkdaşlıq platformasından keçir. Bu da əlbəttə ki, Ermənistan özünü həqiqətən normal qonşu olaraq apardığı təqdirdə, eyni zamanda Azərbaycanın və qardaş Türkiyənin ərazi bütövlüyünü tanıyacağı təqdirdə bütün bu məsələlər həll olunacaq. Ona görə də bu günləri Ermənistanın belə bir problemi yoxdur".
Politoloq əlavə edib ki, problem ondan ibarətdir ki, Koçaryan və onun təmsilçisi olduğu bütün Qarabağ klanına münasibət Ermənistan ictimai rəyində sıfır səviyyəsindədir:
"Doğrudur, Koçaryan və Sarkisyan, eyni zamanda onları dəstəkləyən oliqarx şəbəkələrin maliyyə, biznes şəbəkələrinin pulları ilə müəyyən qədər ermənilərin səslərini almaq mümkün olacaq.
Ancaq bu da kütləviliyi təmin etmir. Koçaryanın da narahatlığı bundan ibarətdir ki, əgər növbədənkənar seçki keçirilərsə, bu dəfə də revanşist qüvvələr məğlubiyyətə uğrayacaq.
Xüsusilə də, Qarabağ klanı çox ciddi və siyasi zərbə alacaq. Çünki Ermənistan cəmiyyəti Qarabağı itirməsinə rəğmən, hətta bu prosesdə Paşinyan hökumətini müəyyən mənada ittiham etsələr belə bunun qarşılığında Qarabağ klanını qəbul etmək istəmir.
Ona görə ki, bu günə qədər olan Ermənistandakı problemlərinin hamısının əsas səbəbkarı məhz Qarabağ xuntası, yəni Qarabağ klanı olub. Bu prosesdə də Koçaryan-Sarkisyan və onları dəstəkləyən digər qüvvələr olub.
Ona görə də Ermənistan cəmiyyəti Qarabağ klanını seçkilər prosesində dəstəkləməyəcək, yəni ehtimal sıfıra bərabərdir".
N.Miri əlavə edib ki, seçki keçiriləcəyi təqdirdə Koçaryanı dəstəkləyəcək qüvvələrin qalib gəlməsi ehtimalı boğazdan yuxarı deyilmiş bir sözdür:
"Bu sadəcə ictimai rəyi formalaşdırmaq üçün deyilib. Ancaq seçki keçirilərsə, əmin olun ki, Qarabağ klanı başda olmaqla, Koçaryan böyük bir məğlubiyyətə düçar olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə