Komitə sədrinin təklifi alqışlandı: "Bu, korrupsiyaya qarşı mübarizənin effektivliyini artıra bilər”
Turan
12:01 23.05.2020
Siyasət
977
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibində indiki siyasi konfiqurasiyanın nəzərə alınmasını, siyasi partiya nümayəndələrinin də təmsilçilikdə yer alması fikrini səsləndirib. Bu fikir siyasi partiyalar tərəfindən müsbət qarşılanıb.
Bununla bağlı “Sherg.az”a açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, təmsil etdiyi partiya hər zaman Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyayanın fəaliyyəti ilə bağlı cəmiyyətə öz fikirlərini bildirib:
"Hörmətli Əli müəllimin təklifini çox yüksək qiymətləndiririk. Bizim partiya uzun müddətdir bu fikirdədir ki, komissiyanın tərkibində hökümətin üzvləri təmsil olunmamalıdırlar. Zaman-zaman biz bu məsələni gündəmə gətirmişik. Özünüz fikirləşin, necə ola bilər ki, hökümətin nazir üzvü öz-özünə qarşı mübarizə aparsın?! Hansı nazır istəyəcək ki, rəhbərlik etdiyi strukturda baş vermiş korrupsiya halı komissiyanın diqqətində olsun, cəmiyyətin məlumatı olsun? Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də heç bir hökümət üzvü komissiyanın tərkibində təmsil olunmur. Əsas təmsilçilik bitərəflər, müxalif partiyaların təmsilçiləri, ziyalılar, vətəndaş cəmiyyətinin nümayəndələrindən təşkil olunur. Bu baxımdan Azərbaycanda bunun tətbiq edilməsi, düşünürəm ki, korrupsiyaya qarşı mübarizənin effektivliyini artıra bilər. Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin ölkəmizdə apardığı anti-korrupsiya fəaliyyəti cəmiyyətdə çox müsbət qarşılanır. Komisiyanın fəaliyyətində yeni şəxslərin təmsil olunmasını vacib hesab edirəm. Bu baş verərsə, komissiyanın işinin gücləndirməsinə xidmət edər.”
Niyaməddin Orduxanlının sözlərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrində belə korrupsiya faktları mövcuddur:
"Elə bir ölkə göstərə bilmərsiniz ki, onlarda korrupsiya faktı olmasın. Bu, bir bəşəri bəladır. Korrupsiya dövlətin zəyiflənməsinə yol açan amildir. Bunun inkişaf etməsinə yol vermək olmaz. Azərbaycanda bu gün cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə davamlı xarakter daşıyır. Bunu hər kəs görür. İcra başçılarının, generalın və digər rütbəli şəxlərin həbs edilməsi aparılan işin tərkib hissədir. Korrupsiya faktına görə, mədəniyyət nazirinin işdən azad olunması da bütün bunların dövlət səviyyəsində aparıldığını əyanı sübut edir. Bu gün Azərbaycanda yeni siyasi nizamın baş verməsinin də şahidi oluruq. Cənab Prezidentin müxtəlif tədbirlərdə siyasi dialoqların siyasi konfiqurasiyanın yaranması ilə bağlı çıxışları, parlamentin rəhbərliyində siyasi partiya nümayəndələrinin təmsil olunması çox müsbət hadisədir. Düşünürəm ki, komissiyanın tərkibində parlamentdə təmsil olunan siyasi partiyaların da nümayəndələrinin təmsil olunması baş verərsə, bundan yalnız cəmiyyətimiz xeyir qazana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol