Konqres Robert Kennedini ABŞ-nin səhiyyə naziri kimi təsdiqləyib
Yusif Nəzərli
20:07 13.02.2025
Siyasət
387
ABŞ Senatı fevralın 13-də Robert Kennedinin ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin (Səhiyyə Nazirliyi) rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
APA xəbər verir ki, CNN-in məlumatına görə, bu qərarın lehinə 52 senator, əleyhinə isə 48 konqresmen səs verib.
Respublikaçı prezident Donald Trampın təklif etdiyi Kennedinin namizədliyi bütün Demokrat senatorlar, həmçinin Respublikaçılar Partiyasının Senatdakı keçmiş lideri, respublikaçı Mitç Makkonnell tərəfindən rədd edilib.
“Reuters“ xəbər verir ki, konqresmenlər iki günlük dinləmələrdən sonra 71 yaşlı Kennedini səhiyyə naziri vəzifəsinə təsdiq ediblər.
Demokratlar Kennedini həyat qurtaran dərmanlara şübhə yaratmaq üçün sui-qəsd nəzəriyyələri yaymaqda və peyvəndlərlə mübarizədə maddi marağa malik olmaqda ittiham ediblər. Kennedi isə bu iddiaları rədd edərək mövcud peyvənd proqramlarını qoruyacağına söz verib.
Qeyd edək ki, Kiçik Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.
Peyvənd əleyhdarı kimi tanınan Kennedi “Covid” peyvəndinə fəal şəkildə qarşı çıxaraq bu peyvəndin ölümlərə səbəb olduğunu iddia edib.
Kennedinin səhiyyə naziri vəzifəsinə təyin edilməsinə 77 Nobel mükafatçısı, tibb ictimaiyyətinin üzvləri və hətta əmisi oğlu Karolin Kennedi də daxil olmaqla, öz ailəsinin bəzi üzvləri dəqarşı çıxıb.
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə