Koronavirusun mənbəyi axtarılır – Çin, yoxsa Rusiya ? - TƏHLİL
Turan
09:26 17.04.2020
Siyasət
1034
Rusiyada koronavirusla bağlı vəziyyət kritikə yaxındır. Virusa yoluxanların sayı hər keçən gün artır. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin 9 may qələbə paradını təxirə salmaq məcburiyyətində qaldı. Halbuki, Kreml sahibi bu tədbiri böyük təmtəraqla keçirməyi planlaşdırırdı, əvvəlcədən xarici dövlət başçılarına dəvətnamələr göndərilmişdi. Kreml son günə qədər ümid edirdi ki, bəlkə virusdan yaxa qurtarıb paradı keçirə bilərlər, lakin alınmadı. Qərb mətbuatı Rusiyada ənənəvi olaraq keçirilən bioloji təcrübələr və həmin təcrübələrin qurbanlarının sayı barədə Kremlin susduğunu yazır. Belə ehtimal edilir ki, bu dəfə də Rusiya hakimiyyəti yoluxanların həqiqi sayını gizlədir.
Məsələni “Sherg.az”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Rusiyada koronavirusa yoluxan və ölkələrinə geri qayıdan xarici ölkə vətəndaşlarının sayı durmadan artır. Ekspertin sözlərinə görə, bunu gizlətmək mümkün deyil:
“Bugünlərdə Rusiyadan Çinə geri qayıdan 20 çinlidə koronavirus aşkarlandı. Elə Azərbaycanın özündə də mənzərə fərqli deyil. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, ölkəmizdə koronavirusa yoluxanların 20 faizi məhz Rusiyadan geri qayıdan soydaşlarımızdır. Buna görə də rəsmi Bakı Rusiya ilə sərhəddi açmağa tələsmir. Rusiyadan geri qayıtmaq isttəyənlər minlərlədir və onların hamısı Azərbaycanda karantinə alınmalıdır. Bunu isə ancaq tədricən həyata keçirmək mümkündür. Rusiyanın virusla mübarizə mərkəzi SSRİ dövründən Novosibirsk şəhəri sayılır. Bu şəhərdə “Vektor” Virusologiya Mərkəzi fəaliyyət göstərir. 16 sentyabr 2019-cu ildə bu mərkəzdə partlayışın baş verməsinə dair məlumatlar var. Maraqlıdır ki, məhz bu ərəfədə həmin mərkəzdə müxtəlif viruslara qarşı vaksinlər üzərində tədqiqatlar aparılırdı. Bu barədə hətta Rusiyanın strateji tərəfdaşı sayılan Çinin mərkəzi orqanları məlumatlar yayıblar. Novosibirskdəki mərkəzdə bu ilin yanvar ayında koronavirusa qarşı iki peyvəndin hazırlandığı barədə məlumatlar yayıldı. Bəzi ekspertlərin fikrincə, peyvənd üzərində iş daha əvvəldən başlayıb, demək koronavirus artıq Mərkəzin laboratoriyalarında mövcud idi. Misal üçün Afrikada geniş yayılan Ebola virusu üzərində əsas tədqiqatlar da məhz Novosobirskdəki mərkəzdə həyata keçirilirdi”.
Analitikə görə, belə şübhələr var ki, SSRİ dağıldıqdan sonra da Novosibirskdəki mərkəzdi bioloji silahlar üzərində tədqiqatlar aparılır:
“Halbuki, Rusiyanın imzaladığı müxtəlif beynəlxalq anlaşmalara görə bioloji silahlar üzərindəki təcrübələr dayandırılmalı idi. SSRİ zamanı həmin mərkəzdəki təcrübələr “virus xəstəliklərinə qarşı mübarizə” adı altında həyata keçirilirdi. Halbuki, söhbət həmin mərkəzdə yeni növ bioloji silahların hazırlanmasından gedirdi. Görünür, Rusiya ənənəyə sadiq qalaraq həmin mərkəzdə həm yeni virus üzərində tədqiqatlar aparır, həm də yeni növ biloloji silahların əldə olunmasına çalışıb. O ki qaldı, rusiyalı rəsmilərin fəxrlə bəyan etdikləri “Ebola qarşı peyvənbi biz tapdıq” açıqlamalarına, beynəlxalq ekspertlər bunu şişirtmə kimi qiymətləndirirlər. Ebola yox olmayıb. Buna baxmayaraq, Rusiyada koronavirusun mənbəyi kimi ABŞ laboratoriyalarını göstərirlər. Kreml sahibinə yaxın fiqurlardan biri olam millətçi Serqey Qlazyev belə deyib: “Koronavirusu yayan laboratoriyalar Amerikadadır. Vaşinqton bu virusdan dünya iqtisadiyyatını dağıtmaq üçün istifadə edir”. Bu açıqlamanın məntiqsiz olduğunu koronavirusun yayılma gücü göstərir. Koronavirus ən çox Amerikanı vurub. Dünyada virusa yoluxanların və ölənlərin sayına görə birinci yerdə məhz Amerikadır. Vaşinqton bu virusu “Rusiya, Çin və İranı zəifləmək və dünya iqtisadiyyatını dağıtmaq üçün” necə yayıb ki, ən çox özü əziyyət çəkir?”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə