Kreml geri addım atmayacaq
20:34 27.01.2021
Siyasət
626
Beynəlxalq təzyiqlərə baxmayaraq Navalnı 30 sutkasından sonra azadlığa buraxılacaq
G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb. Bu barədə "RİA Novosti" məlumat verib. Nazirlərin bəyanatında deyilir ki, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyir. Bəyanatda yazılıb: "Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir".
Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib: "Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq. Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq".
Mövzu ilə bağlı fikirlərini bölüşən siyasi-şərhçi Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, bu bəyanatla Rusiyanın geri addım ataraq Navalnını həbsdən azad edəcəyini düşünmür. Ekspert qeyd edib ki, çünki bu, ilk növbədə Navalnının nüfuzunun daha da artmasına səbəb olacaq bir addım olar:
"Amma belə bəyanatlar Navalnını növbəti həbslərdən azad edə bilər. Bildiyimiz kimi, indi 30 sutkalıq həbs edilib. Bu, administrativ həbsdir, yəni cinayət həbsi deyil. O, vaxt bitdikdən sonra azadlığa çıxa bilər. Çünki ehtimal var idi ki, 30 sutkadan sonra əvvəlki cinayət işləri bərpa edilərək, o uzunmüddətli, hətta bir neçə illik həbsə düşsün. Ən azından Rusiyaya yaxın çevrələrdən belə bir gözləntilər var idi. Bu tipli bəyanatlar gələcək həbsin qarşısını ala bilər və Navalnının azadlığa çıxmağını təmin edə bilər. Amma vaxtından əvvəl azadlığa buraxılsa, böyük süpriz olar. Çünki bu sanki vətəndaşlarda belə bir düşüncə formalaşdıra bilər ki, Kreml geri addım atdı. Kremlin də indiki durumunu nəzərə alsaq, bu heç də onların maraqlarına uyğun deyil. Ona görə də, belə bir fikrin yaranmasını qəbul etməzlər. Yəqin ki, 30 sutka tamam olduqdan sonra Navalnı azadlığa buraxılacaq. Çox güman ki, bu tipli beynəlxalq təpki də yenidən ona qarşı cinayət işinin açılmasının qarşısını alacaq bir faktora çevirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə