"Kreml Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi" - AKTUAL ŞƏRH
Fidan Həmişəyeva
11:09 29.07.2020
Siyasət
895
Rusiya və Türkiyə lideləri Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan arasında telefon danışığını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tarixində yeni səhifə adlandırmaq olar. Niyə məhz yeni səhifə? Ona görə ki, indiyə kimi heç vaxt Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi rəsmi şəkildə Moskva və Ankara arasında müzakirə mövzusu olmayıb. Bu, o demək deyil ki, Rusiya və Türkiyə liderləri bu münaqişəni heç vaxt müzakirə etməyib. Əlbəttə ki, ediblər. Lakin bu haqda heç vaxt rəsmi məlumat yayılmayıb. Ən azından rəsmi Moskva, Kreml heç vaxt Putinlə Ərdoğan arasında Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məlumatı təsdiqləməyib.
“Atlas” Araşdırmalar Mərkəzinin eksperti, İctimai Televiziyanın Rusiya Təmsilçisi Fərid Əkbərov “Sherg.az”a bildirib ki, Ərdoğanın 2017-ci ilin martın 10-da məşhur təyyarə böhranından sonra Moskvaya ilk rəsmi səfərini işıqlandıran jurnalistlərdən biri olub.
Ekspert qeyd edib ki, həmin iclasda Ərdoğan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlı narahatlığını dilə gətirdi. Bu məsələnin rusiyalı həmkarı ilə müzakirə etdiklərini bildirdi:
“Lakin Rusiya prezidenti çıxışında bu məqama bir sözlə belə toxunmadı. Görüşdən sonra mətbuat üçün yayılan press-relizdə də bu haqda bir kəlmə belə yox idi. Daha sonrakı illərdə, Soçidə Putin-Ərdoğan danışıqları öncəsi Türkiyə mətbuatı liderlərin Qarabağı müzakirə edəcəkləri barədə məlumat yaymışdı. Yenə də Ankara və Moskva tərəfindən rəsmi məlumat yox idi, heç olmadı da.
Bu dəfə isə vəziyyət tamamilə dəyişmişdi. Türkiyənin Yaxın Şərqdəki münaqişələrin, Suriya və Liviya problemlərinin nizamlanmasında müttəfiqi və ya rəqibi olan Rusiya qarşısında əlini gücləndirməsi Ankaranın Cənubi Qafqaz regionunda Moskvanın qarşısından geri çəkilməyəcəyini labüd edirdi. Belə də oldu”.
F.Əkbərov vurğulayıb ki, sərhəddəki gərginliyin ilk günlərindən Türkiyə Azərbaycana dəstəyini ifadə etmiş oldu. Məhz bu, rəsmi Moskvanı ən çox qıcıqlandıran məqam idi:
“Erməni lobbisinin təsiri altında olan Rusiyanın ekspert cəmiyyətində Türkiyənin Azərbaycana dəstəyi bilərəkdən qabardıldı. Sərhəddə baş verən gərginlikdə və daha sonra ABŞ, Avropa və Rusiya şəhərlərində diasporlar arasında yaşanan olaylarda guya ki Ankaranın izinin olduğu müəyyənləşdirilirdi. Ermənilər və ermənipərəst rusiyalı ekspertlər hər vəchlə baş verən gərginliyin Dağlıq Qarabağ münaqişəsi ilə deyil, üçücü tərəflə, yəni ki, Türkiyə faktoru ilə əlaqəli olduğunu qabardırdılar.
Rəsmi Moskva da ad çəkmədən bəyanatlarında Ankaraya işarə vururdu. Bu məqama ən çox Rusiya XİN-in bəyanatlarında rast gəlmək olurdu. XİN sözçüsü Mariya Zaxarova və Lavrovun MDB ölkələri əlaqələri kurasiya edən müavini Andrey Rudenkonun bəyanatlarında münaqişə tərəfləri ilə qonşu olan və xüsusi ilə də Minsk Qrupunun üzvü olan ölkələrin çıxışlarında diqqətli olmağa çağırışları buna misaldır.
Moskvanın Ankaranın adını çəkməməsinin səbəbi də bəlli idi. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan Rusiya heç vaxt Ankarının bu münaqişəyə müdaxiləsi arzusunda olmayıb. Rəsmi Moskva hər zaman sözdə Paris və Vaşinqtonun həmsədrliyi ilə məsələnin nizamlanmasına tərəfdar olduğunu açıqlayıb”.
Analitik qeyd edib ki, Kremlin Putinlə Ərdoğan arasındakı telefon danışı ilə bağlı məlumatının mətni həm də bu cəhətdən diqqətə layiqdir ki, ilk dəfə olaraq Qarabağ münaqişəsi Moskva və Ankara arasındakı müzakirələrdə ön plana çıxır:
“Hətta uzun müddət Rusiya-Türkiyə gündəmindən düşməyən Suriyanı, Liviyanı belə qabaqlayır. Minsk Qrupunun üç həmsədr ölkəsinin, Rusiya, ABŞ və Fransada erməni lobiisinin güclü olması və bunun Qarabağ nizamlanmasında həmin dövlətlərin mövqeyinə təsirlərini nəzərə alsaq, təbii ki, Ankaranın bu prosesə birbaşa qoşulması Azərbaycan üçün arzuolunandır. Uzun illərdir ki, həmsədrlərin fəaliyyətini haqlı tənqid edən rəsmi Bakı üçün bu məqamı diplomatik qələbə də hesab etmək olar.
Bu məqam rusiyalı ekspertlərin də nəzərindən yayınmayıb. Onların qənaətincə Ankaranın Qarabağ danışıqlarına birbaşa qoşulmaq iddiası, Cənubi Qafqaz regionunda "mən də varam" deməsi Rusiya diplomatiyasını Qarabağ düyünün açılması ilə bağlı səylərini artırmağa məcbur edəcək.
Bu isə uzun illərdir Cənubi Qafqaz regionu "mənim nəzarətimdədir və ya nəzarətimdə olmalıdır" deyən Moskvanın rəsmi İrəvana siyasi və iqtisadi təzyiqini qaçılmaz edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi