“Kremlin Ankara ilə hesablaşmaqdan başqa yolu qalmayacaq” – TƏHLİL
Fidan Həmişəyeva
12:56 13.10.2020
Siyasət
811
“Tezliklə Rusiyanın başı özünə, iqtisadi və sosial problemlərinə qarışacaq”
“Rusiya qələmə verildiyi qədər də güclü deyil. Türkiyə də artıq güclü bir dövlətdir”
Türkiyənin müdafiə naziri Hulusi Akar və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. H.Akar telefon danışığı zamanı Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb. Türkiyəli nazir bildirib ki, atəşkəsə baxmayaraq, mülki əhaliyə və obyektlərə hücum edən Ermənistan buna son verməli və işğal etdiyi torpaqlardan çıxmalıdır:
“Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq”.
Nazirlərin telefon danışığını “Sherg.az”a şərh edın “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu bildirib ki, Rusiya Azərbaycanı açıq şəkildə təhdid edir. Digər tərəfdən Moskva Ankaranın mövqeyinin güclənməsindən də narahatdır.
Analitikin qənaətincə, Azərbaycanın Türkiyə ilə daha sıx əməkdaşlığa ehtiyacı var:
“Düşünürəm ki, Azərbaycan NATO-ya inteqrasiya istiqamətində real addımlar atmalıdır. Qonşularımızın kim olduğunu unutmayaq. Azərbaycanın müstəqilliyini həzm edə bilməyən ölkələrlə əhatə olunmuşuq. Fikrimcə, Türkiyə ilə hərbi əməkdaşlıq barədə yeni müqavilə imzalanmalıdır. Türkiyə hərbi bazalarının Gəncə, Naxçıvan və Dağlıq Qarabağ ilə sərhəddə yerləşdirilməsinə baxılmalıdır. İki strateji müttəfiqin daha sıx inteqrasiyası zaman-zaman müzakirə edilib.
Proseslərin hazırkı gedişatı onu deməyə əsas verir ki, bu gün Azərbaycan cəmiyyəti belə bir ideyanın gerçəkləşməsində daha çox maraqlıdır. Azərbaycanda Türkiyəyə olan bu sevgi türk millətinin yeganə demokratik və ən qüdrətli dövlətinə olan münasibətin bariz nümunəsidir”.
A.Rəşidoğlu söyləyib ki, Rusiya və digər ölkələrin təzyiqlərini üzərində hiss edən Azərbaycanın Türkiyə ilə daha sıx münasibətlərə malik olmasını arzulaması anlaşılandır:
“Bu amillər Türkiyə-Azərbaycan birliyi ideyasını yenidən gündəmə gətirir. Söhbət Azərbaycanın müstəqilliyindən imtina etməsi deyil, Ankara ilə daha sıx əməkdaşlıqdan gedir. Ağır geosiyasi durumda bu birlik Azərbaycanın bir dövlət olaraq müstəqilliyinin yeganə qarantı kimi görünür. Azərbaycana olan xarici təhdidlər ölkənin ona dost olan bir ölkəyə arxalanmasını vacib edir.
Bu isə siyasi və digər sferalarda daha yaxın əməkdaşlıqdan keçə bilər. Düzdür, bu gün Azərbaycan və Türkiyə cəmiyyətləri bir-birilərindən fərqlənir. “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanda milli-dini dəyərlərə münasibət fərqlidir. Lakin bu fərqlər birliyə mane olacaq qədər ciddi deyil.
Ümumiyyətlə, dünyada baş verənlər fonunda türkdilli dövlətlər arasında daha sıx əməkdaşlığa nail olmaq zəruri hesab olunur. Türk ölkələrinin bir-birilərinə münasibətindəki problemlər də geosiyasi güc mərkəzlərinin iddialarından asılıdır”.
Politoloq vurğulayıb ki, Rusiya, ABŞ və İran türk ölkələrinin birliyinə qarşıdır:
“Elə bu səbəbdən də türk ölkələri arasında anlaşılmazlıqlar mövcuddur. Bu baxımdan, türk ölkələri arasında yaradılacaq birliyə gedən yol da Azərbaycanla Türkiyənin daha sıx inteqrasiyasının gerçəkləşməsindən keçir.
Bu ideyanın reallaşması Azərbaycanın ümumi inkişafına, siyasi, iqtisadi, strateji cəhətdən uğurlar qazanmasına səbəb ola bilər. Ən əsası isə Türkiyə ilə daha sıx birlik Qarabağın işğaldan azad olunmasına çox müsbət təsir göstərə bilərdi. Biz birlikdə olsaq, nə Rusiya, nə də ki digər ölkələr bizə nəsə edə bilər”.
Analitik qeyd edib ki, tezliklə Rusiyanın başı özünə, iqtisadi və sosial problemlərinə qarışacaq:
“Rusiya qələmə verildiyi qədər də güclü deyil. Türkiyə də artıq güclü bir dövlətdir. Kremlin Ankara ilə hesablaşmaqdan başqa yolu qalmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya