
Krım məsələsi artıq müzakirə predmeti deyil - ŞƏRH
Yusif Nəzərli
06:34 29.04.2025
Siyasət
383
Ukrayna uzunmüddətli atəşkəsin elan edilməsini və daha sonra danışıqlara başlanılmasını istəyir
Rusiya prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib. Bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, Putinin qərarına əsasən, Rusiya Federasiyası mayın 8-dən 11-dək atəşkəs elan edir. Qeyd olunub ki, Rusiya Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır. Kremlin yaydığı bəyanatda vurğulanıb ki, Ukrayna tərəfi Qələbə gününə qədər atəşkəs rejiminə qoşulmalıdır: "Rusiya Silahlı Qüvvələri Qələbənin 80-ci ildönümündə Ukrayna tərəfindən atəşkəs rejiminin pozulması halında adekvat və effektiv cavab verəcək".
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibətilə elan etdiyi atəşkəs qərarına münasibət bildirib. A.Sibiqa qeyd edib ki, əgər Rusiya doğrudan da sülh istəyirsə, hərbi əməliyyatları dərhal dayandırmalıdır. O, Putinin elan etdiyi birtərəfli atəşkəs müddətinə şübhə ilə yanaşdığını vurğulayıb: "Əgər Rusiya həqiqətən sülh istəyirsə, dərhal atəşi dayandırmalıdır. Niyə mayın 8-nə qədər gözləyir? Əgər yanğın indi və hər hansı bir tarixdən sonra 30 gün ərzində dayandırıla bilərsə, deməli, bu, realdır, təkcə parad üçün deyil. Ukrayna davamlı və tam atəşkəsi dəstəkləməyə hazırdır. Bizim daim təklif etdiyimiz budur, ən azı 30 gün".
Ağ Evin mətbuat katibi Karolin Levit isə bildirib ki, ABŞ Ukraynada müvəqqəti fasilələr yox, daimi atəşkəs görmək istəyir: "Mən başa düşdüm ki, Prezident (Vladimir) Putin bu səhər müvəqqəti atəşkəs elan edib. Prezident (Tramp) daimi atəşkəs görmək istədiyini açıq şəkildə bildirib". Ağ Ev sözçüsü bildirib ki, Prezident Tramp razılığın əldə olunacağına nikbin baxsa da, eyni zamanda realistdir: “Prezident Donald Tramp hələ də münaqişəyə son qoymaq perspektivlərinə nikbin baxır”.

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Ukrayna uzunmüddətli atəşkəsin elan edilməsini və daha sonra danışıqlara başlanılmasını istəyir. Rusiya isə bunu qəbul etmir. Ekspert bildirib ki, Moskvaya görə, uzunmüddətli atəşkəsin qəbul edilməsi Ukraynanın güclənməsinə gətirib çıxaracaq:
"Rusiya danışıqlarda əldə edilən nəticələrdən sonra atəşkəsin elan edilməsinə razı olduqlarını bildirir. Bu da Rusiya ilə Ukrayna arasında ciddi fikir ayrılığı deməkdir. ABŞ, daha doğrusu, Respublikaçılar Partiyası və onun rəhbəri Donald Tramp de-yure Krımı tanıyıb. De-fakto isə 4 vilayətin Rusiyanın tərkibinə daxil olmasını qəbul edib. ABŞ Rusiyaya qarşı sanksiyaların gələcəkdə aradan götürülməsini istəyir. Ola bilsin, iyul ayından sonra Macarıstanın da iştirakı ilə Rusiyanın 300 milyard dollara yaxın aktivlər məsələsinə aydınlıq gətirilsin. Əslində, indi top Avropa tərəfindədir. Bildiyimə görə, Rusiyanın ABŞ-də aktivləri azdır. Avropa ölkələrində isə 200 milyard dollardan çoxdur. Hazırda həmin aktivlər dondurulub. Həmin aktivlər ya üçüncü aktivə köçürülməli, ya da açılmalıdır. ABŞ-nin istəyi ondan ibarətdir ki, əgər onların maraqları çərçivəsində nəticə olarsa, aktivlərin açılması məsələsinə baxılacaq".
Analitikin qənaətincə, Rusiya Ukraynanın hərbsizləşdirilməsinə nail olmaq istəyirdi:
"Lakin bu, alınmadı və Rusiya bunun əvəzində Ukraynanın NATO-ya daxil edilməməsi ilə bağlı Qərbdən razılıq aldı. Almaniya mətbuatı yazır ki, Rusiya Xerson vilayətinin bəzi kəndlərini Ukraynaya təhvil verməyə hazırdır. Zelenskinin geri çəkiləcəyi iddia olunurdu, amma Zelenski bu gün hücum diplomatiyasından danışır. Ukrayna rəhbəri bildirir ki, heç bir ərazi mübadiləsindən, geri çəkilməkdən söhbət gedə bilməz. Amma Krım məsələsi müzakirə predmeti deyil. Danışıqlar predmeti Ukraynanın Şərqi və Cənub-şərqi əraziləri ilə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə