Kürşad Zorlu: Azərbaycanla qardaşlığımızın əbədi olmasını arzulayıram

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Şöbəsinin rəhbəri Kürşad Zolu 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə hakim partiyanın rəsmi nümayəndəsi sosial mediada yazıb.

“8 Noyabr 2020 - Azərbaycanın Zəfər Günü. Azərbaycanın qəhrəman ordusu bundan 6 il əvvəl 44 gün davam edən Vətən müharibəsində böyük zəfər qazanaraq torpaqlarını işğaldan azad etdi. Türk dünyasının könül və zəfər körpüsü olaraq Qarabağda yazılan bu dastan Azərbaycan xalqının cəsarət və əzminin rəmzi kimi tarixə qızıl hərflərlə həkk olundu. Bu münasibətlə Azərbaycanın Zəfər Gününü təbrik edir, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlığın əbədi davam etməsini arzulayıram. Şəhidlərimizin ruhu şad olsun”, - Kürşad Zorlu vurğulayıb.