Lavrovun açıqlaması Kremlin maraqlarına ağır zərbədir
08:31 13.02.2021
Siyasət
826
Əgər Rusiya Avropa Birliyi ilə əlaqələri kəsəcəksə, nefti, qazı kimə satıb büdcəsini dolduracaq?
“Rusiya Avropa İttifaqı ilə əlaqələri kəsməyə hazırdır”. Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib. "Əgər bir daha görsək ki, hansısa sahələrdə, o cümlədən ən həssas sferalarda, iqtisadiyyatımız üçün risklər yaradan sanksiyalar tətbiq olunur... Biz dünyadan təcrid olunmaq istəmirik, lakin buna hazır olmaq lazımdır. Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”, - deyə Rusiya XİN başçısı “Solovyov.Live” youtube kanalına müsahibəsində bildirib.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Natiq Miri hesab edir ki, bu daha çox təzyiq xarakterli, boğazdan yuxarı verilmiş bir açıqlamadır. Politoloq qeyd edib ki, çünki Rusiyanın ən böyük enerji bazarı məhz Avropa Birliyi ölkələridir:
"Bildiyiniz kimi, enerji də, əsasən Rusiya büdcəsinin 60 faizini təşkil edir. Əgər Avropa Birliyi ölkələri ilə Rusiya əlaqələri kəsəcəksə, bu zaman ortaya sual çıxır. Belə olacağı təqdirdə Rusiya nefti, qazı kimə satmaqla bu büdcəni dolduracaq? Bu, məsələnin ən əsas tərəfidir. Hesab edirəm ki, buna alternativ tapılmadan bu cür deyilən açıqlamalar daha çox boğazdan yuxarı deyilən açıqlama kimi dəyərləndirilməlidir. Ayrıca bildiyiniz kimi, milyardlarla dollar sərmayə qoymaqla, Almaniyaya şimal içi axını deyiləcək yeni qaz xətti çəkilib.
Bu qaz xətti real olaraq fəaliyyətə başlamamış Rusiyanın bütövlükdə Avropa Birliyi ilə əlaqələri kəsməsi haqqında verdiyi açıqlamalar da fikrimcə, inandırıcı görsənmir. Ona görə də düşünürəm ki, bu, daha çox informasiya savaşının tərkib hissəsidir və təzyiq xarakteri olaraq səsləndirilir. Ayrıca Rusiyanın əsas texnoloji təchizatı da məhz qərb dünyası, xüsusilə də Avropa dünyasından gəlir. Ona görə də, açığı, Lavrovun açıqlamasını səmimi qəbul etmirəm".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib ki, enerji mövzusundan başqa Brüssellə Moskva arasında bütün digər mövzular ətrafında diametral kəsişmələr mövcuddur. Ekspertin sözlərinə görə, Almaniya da digər Avropa ölkələri kimi Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarıdır:
"Ancaq eyni zamanda Rusiyadan Baltik dənizinin dibi ilə çəkilən qaz boru xəttindən imtina etmək istəmir. Almaniya Rusiya qazı hesabına iqtisadiyyatını yüksək səviyyədə saxlamaq istəyir. Amerikanın keçmiş prezidenti Donald Tramp Almaniyanı nəzərdə tutaraq yaxşı demişdi: “Rusiyadan qorunmağa gəldikdə Amerikaya yalvarırsız, ancaq enerjiyə gəldikdə “qorunmağa” çalışdığınız ölkənin qazını almağa çalışırsınız”.
Kreml sahibi 2014-cü ildə Krımı ilhaq qərarı verəndə artıq anlayırdı ki, Brüssellə əlaqələr əvvəlki kimi olmayacaq. Rusiya prezidenti Krımın ilhaqını Brüssellə əməkdaşlığa və Ukraynanı itirməyə qurban verdi. Bundan sonra Rusiyada və kənarda Putinin tənqidçiləri müəmmalı şəkildə “yox” olmağa başladılar ki, bu da Brüsselin diqqətindən kənarda qalmadı. Aydındır ki, Kreml Krımı sahibinə geri qaytarmayacaq. Deməli, Moskva ilə Brüsselin münasibətlərinin soyumasına səbəb olan ilk səbəb varlığını qoruyacaq.
Ancaq o da var ki, Avropa İttifaqı Rusiyasız keçinə bilər, ancaq neft və qaz satışı hesabına iqtisadi varlığını qoruyan Rusiyanın isə köhnə qitənin bazarına hər zaman ehtiyac olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm