Leyla Abdullayeva: “Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir”
14:54 31.10.2020
Siyasət
744
“Ermənistanın saxta məlumatlar yaymaqda, eləcə də elan olunmuş humanitar atəşkəslərə baxmayaraq, Azərbaycanın mülki əhalisini hədəfə almaqda məqsədi bəllidir. Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil, bu, açıq şəkildə görünür”.
APA-nın xəbərinə görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O qeyd edib ki, Ermənistan tərəfinin məqsədi işğalı möhkəmləndirmək, eləcə də digər dövlətləri - üçüncü tərəfləri münaqişəyə cəlb etməkdir: “Azərbaycan tərəfi başda Azərbaycan Respublikasının Prezidenti olmaqla, dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və bəyan edib ki, Azərbaycanın xarici dövlətlərin ərazilərinə qarşı hər hansı bir iddiası yoxdur. Bu gün Azərbaycan öz suveren torpaqlarında, öz suveren ərazisində qeyri-qanuni mövcudluğunu saxlayan Ermənistan silahlı qüvvələrinə qarşı özünümüdafiə tədbirləri həyata keçirir və Azərbaycanın ərazi bütövlüyün təmin olunması istiqamətində addımlar atılır ki, bu da məhz BMT TŞ-nin məlum qətnamələri tərəfindən hələ 1993-cü ildə tələb olunub. Bu gün Azərbaycan Silahlı qüvvələri BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsini təmin edir. Bir daha bu münaqişəyə digər ölkələri cəlb etmək istəyən düşmənin diqqətinə çatdırırıq ki, onların bu kimi iddiaları nəticəsiz qalacaq. Azərbaycanın bütün qonşu dövlətlərlə dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Biz digər dövlətlərin ərazi bütövlüyünü tanıyır və hörmət edirik. Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir. Eyni zamanda, Azərbaycanın da beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasını digər dövlətlərdən tələb edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə