Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb
Yusif Nəzərli
08:55 27.02.2025
Siyasət
372
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bəhreyn Krallığına səfəri çərçivəsində bu ölkənin neft və ətraf mühit naziri Mohammed bin Mubarak Bin Dinah ilə görüşüb.
Sherg.az xəbər verir ki, görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi nüfuzlu beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi xüsusi vurğulanıb. Bəhreynli nazir COP29 çərçivəsində Azərbaycana səfərini xatırladaraq, ölkəsinin ətraf mühitin mühafizəsi, ekoloji və iqlim vəziyyətinin inkişafına töhfə verməyə hər zaman hazır olduğunu qeyd edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva müasir dövrdə ətraf mühitin qorunmasına yönəlik birgə təşəbbüslərin planetimizin və insanların gələcəyi üçün önəmli olduğunu bildirib.
Danışıqlar zamanı su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər, çirkab suların təmizlənməsi və irriqasiyaya yönləndirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3400 illik qızıl diademlər tapıldı - FOTO
15:01 17.07.2026
Dünya
Özgür Özəl yeni partiyanın yaradılacağı TARİXİ AÇIQLADI
14:21 17.07.2026
Gündəm
Flora Kərimovanın son durumu açıqlandı
14:15 17.07.2026
Mədəniyyət
BƏƏ “Husilər”in Səudiyyə Ərəbistanına raket hücumunu pislədi
14:10 17.07.2026
Dünya
Lavaşdan zəhərlənmə, bəli, mümkündür - Mütəxəssisdən İZAH
13:51 17.07.2026
Sağlamlıq
Culfada sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi
13:24 17.07.2026
Hadisə
Naxçıvanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb
13:05 17.07.2026
Ölkə
Sabahın havası açıqlanıb
13:04 17.07.2026
Ekologiya
ADY-də qida məhsullarının daşımaları 38% artıb
12:59 17.07.2026
İqtisadiyyat
“Real Madrid” Kurtuanın yerinə bu qapıçını transfer edə bilər
12:20 17.07.2026
Futbol
Bu il aliment ödəyənlərdən 2400-ü qadın olub - RƏSMİ
12:14 17.07.2026
Cəmiyyət
Ermənistanda doğum səviyyəsi azalmağa davam edir
11:44 17.07.2026
Region
ABŞ elan etdi: Rusiya, İran və Çinin hakerləri...
11:37 17.07.2026
Dünya
Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edilib
11:01 17.07.2026
Gündəm
Qadın vəkillərin sayı açıqlandı
10:57 17.07.2026
Cəmiyyət