Los Ancelesdə erməni barbarlığı: ABŞ səfiri Azərbaycan XİN-ə çağırıldı
14:48 22.07.2020
Siyasət
734
Los Anceles şəhərində erməni radikallarının törətdiyi barbarlıq əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib:
“Bu ilin 21 iyul tarixində Los Ancelesdə yaşayan radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binası qarşısında aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.
Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən şüarlar səsləndiriblər.
Radikal erməni daşnakları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los Anceles polisi belə onların bu vandalizminin qarşısını almağa müvəffəq olmayıb. Azərbaycanlı nümayişçilərə hücum edən erməni radikal nümayəndələri biri qadın olmaqla yeddi nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Təəssüflə qeyd etmək istərdik ki, hazırda dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ və Avropanın bir sıra ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən zorakılıq və vandalizmin tətbiq edilməsi cəhdlərini müşahidə edirik. Fundamental dəyərlərə, o cümlədən azad şəkildə fikrini ifadə etmək hüququna zidd olan və ümumiyyətlə, sivil davranışa sığmayan bu kimi təxribatçı hərəkətlər Ermənistan Respublikasının və bu ölkə rəhbərliyinin yürütdüyü təcavüzkar siyasətin radikal erməni qüvvələri tərəfindən həyata keçirilməsinin bariz nümunəsidir.
ABŞ-ın Los Anceles şəhərində, eləcə də Avropa ölkələrində, o cümlədən bu ilin 22 iyul tarixində Brüssel şəhərində azərbaycanlı nümayişçilərə qarşı erməni radikal ünsürləri tərəfindən zorakılıq və vəhşiliyin nümayiş etdirilməsinə görə erməni cinayətkarları hüquqi məsuliyyətə cəlb olunmalı, həmçinin bu ölkələrdəki azərbaycanlı icmaların təhlükəsizliyinin təmin olunmasında aidiyyəti ölkələrin hüquq mühafizə orqanları məsuliyyət daşımalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət