“Belarusda Rusiya və NATO tərəfindən çox böyük oyunlar gedir. NATO Polşa və Pribaltika ölkələrinin təhlükəsizliyini qorumaq üçün həmin ərazilərə hərbi qüvvə yığıb.
Lukaşenko güc tətbiq edəcək
Turan
09:22 22.08.2020
Siyasət
778
Azər Qasımov: "Bunun üçün prezidentin bəhanəsi çoxdur. Rusiyanın da ona yardım edəcəyi şübhəsizdir"
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ və Avropanı ölkədə etiraz aksiyalarının təşkil edilməsində ittiham edib. Onun sözlərinə görə, hər şey Vaşinqton tərəfindən planlaşdırılaraq istiqamətləndirilir, avropalılar isə dəm tuturlar. Varşava ətrafında xüsusi mərkəzin yaradıldığını vurğulayan Lukaşenko bildirib ki, prosesə nəzarət edilir:
“Qərb ölkələri Belarusdan Rusiyaya qarşı istifadə etməyə cəhd edirlər. Bizə bu tələni hazırlayıblar və Rusiya bizi itirməkdən qorxub. Qərb bizi Rusiyaya qarşı qoymaq istəyir.
Hazırda onlar Baltik-Qara dəniz dəhlizini, üç Baltikyanı ölkə, bizim və Ukraynanın olduğu sanitar kordonu yaratmaq istəyirlər. Burada bir həlqə kimi qalmışıq”. Bu arada prezident seçkilərində namizəd olmuş Svetlana Tixanovskaya Belarusu sevdiyini və özünü təhlükəsiz hiss edəndə yenidən ora qayıdacağını deyib.
Tixanovskaya dinc etirazları dəstəklədiyini və hakimiyyətlə dialoqa ümid etdiyini bildirib: “Mən həqiqətən ümid edirəm ki, xalqın səsi eşidiləcək, hakimiyyət dialoqa gedəcək və yeni ədalətli seçkilər keçiriləcək”. Müxalifətin hədəfləri ilə bağlı suala cavabında Tixanovskaya qeyd edib ki, zorakılıq dayandırılmalı, siyasi məhbuslar azad edilməli və seçkilər yenidən keçirilməlidir. Tixanovskaya Moskvadan onunla əlaqə yaratmaq üçün cəhd edilmədiyini söyləyib.
Belarusdakı olayları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Qasımovun sözlərinə görə, ölkədə proseslər süni şəkildə şişirdilir. Analitik bildirib ki, etirazçılar seçkidə saxtakarlıq olduğunu iddia edərək mitinqlər təşkil etsələr də, Lukaşenko qəti olaraq istefa verməyəcəyini, ancaq onun ölümündən sonra bunun mümkün olacağını deyib:
“Belarusda Rusiya və NATO tərəfindən çox böyük oyunlar gedir. NATO Polşa və Pribaltika ölkələrinin təhlükəsizliyini qorumaq üçün həmin ərazilərə hərbi qüvvə yığıb.
Rusiyanı öz sərhədlərinə doğru sıxmaq, hər tərəfdən mühasirəyə almaq NATO-nun strateji planıdır. Bu baxımdan Qərb Belarusdakı hadisələrin gərginləşməsində maraqlıdır.
Amma onlar da Belarusda hadisələrin qarşıdurma səviyyəsinə çatmasını istəmirlər. Qərb yaxşı bilir ki, qarşıdurma Rusiyanın Belarusa ordu yeritməsinə şərait yaradar.
Moskvanın bundan məharətlə istifadə edəcəyi şübhəsizdir. Bu baxımdan etirazlar dinc şəkildə davam edir. Lakin Lukaşenkonun aksiyalara uzun müddət səbr göstərəcəyinə ehtimal vermirəm.
Tezliklə etirazlar sakitləşməsə, Lukaşenkonun güc tətbiq edəcəyini düşünürəm. Bunun üçün prezidentin bəhanəsi çoxdur. Rusiyanın da ona yardım edəcəyi şübhəsizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat