“Lukaşenkonu heç kəs xilas edə bilməz” – Gedir?!
Fidan Həmişəyeva
15:15 17.08.2020
Siyasət
819
“Postunda uzun müddət otura bilməyəcək”
“Demokratik dünya Belarus seçkilərini tanımadı və ölkə ciddi sanksiyalarla üzləşə bilər”
“Belarusda yeni seçkilər olmayacaq”. Bu barədə Prezident Aleksandr Lukaşenko“Minsk Təkər Traktor Zavodu”nun (MZKT) işçiləri ilə görüşdə bildirib. O qeyd edib ki, seçkiləri artıq baş tutdu:“Ona görə də siz məndən təzyiq altında nəsə edəcəyimi gözləməyin. Onlar olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də “BelAZ” olmayacaq. Yarım ilə biz hər şeyi məhv edəcəyik”.
Qeyd edək ki, sözügedən şirkətlər Belarusda keçirilən prezident seçkilərinə etirazlarını bildirərək tətil edirlər.
Belarus hökuməti isə yeni seçilmiş prezident qarşısında istefa verib. Bu barədə qərar A.Lukaşenkonun imzaladığı sərəncama əsasən icra edilib.
Prosesləri “Sherg.az” şərh edən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlunun fikrincə, hökumətin istefası təbii haldır. Qanunda nəzərdə tutulub ki, yeni prezident and içən andan hökumət istefaya gedir:
“Düşünürəm ki, Lukaşenkonun vəziyyəti ürəkaçan deyil. Heç bir variantda o, sona qədər öz vəzifəsini icra edə bilməyəcək. Onun bir yolu qalır - Rusiyanı yardıma dəvət etmək. Bu halda da, xilas yolu tapa bilməyəcək. Hətta təxribatlara gedib, etirazçıları qanunsuz əməllərə sövq eləsə də, postunda uzun müddət otura bilməyəcək”.
A.Rəşidoğlu vurğulayıb ki, demokratik dünya Belarus seçkilərini tanımadı və ölkə ciddi sanksiyalarla üzləşə bilər:
“Düşünürəm ki, Rusiya və Qərb hakimiyyət dəyişikliyi məsələsində razılığa gəlib. Artıq Lukaşenkonu heç kəs xilas edə bilməz. Sadəcə o, hakimiyyətin ömrünü uzada bilər. Son nəticədə yenə məğlub olacaq.
Nə qədər tez və sakit getsə, özü və ölkəsi üçün bir o qədər yaxşdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat