Lukaşenkonun fikirləri təhlükəlidir - Politoloq
Turan
09:51 04.04.2020
Siyasət
1229
MDB vacib məsələlərin həlli meydanı öz əhəmiyyətini itirir. Bu barədə “Mir” televiziyasına müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, MDB artıq daha çox prezidentlərin görüşü, bəyanatların qəbulu üçün istifadə edilir:
"MDB-də kifayət qədər məhdudiyyətlər var. Mərkəzi Asiya ölkələri Çinə tərəf baxırlar. Çin Mərkəzi Asiyaya yaxşı kömək edir, özünü doğru aparır. Çin onlara investisiyalarla, milyardlarla dollarla və digər şeylərlə kömək edə bilər. Son zamanlar milli eqoizm hər kəsi o cümlədən Rusiyanı tutub. Bizi faktiki olaraq hissələrə ayırıblar".
Lukaşenkonun diqqət çəkdiyi məsələni "Sherg.az"a dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bəyan edib ki, Çin özünü hegemon dövlət kimi aparır.
Siyasi şərhçinin sözlərinə görə, uyğur türklərinə qarşı diskriminasiyanı nəzərə almasaq, Çinin superdövlət olmaq yolundakı addımları məntiqə uyğundur:
"Hesab edirəm ki, son virus pandemiyasından sonra bu istəklər daha real nəticələr verəcək. Çin Rusiya ilə birlikdə Şanxay əməkdaşlıq təşkilatının üzvüdür. 6 dövlətin iştirakı ilə yaranan bu təşkilatın 8 üzvü, Belarus daxil 4 müşahidəçi üzvü və Azərbaycan, Türkiyə da daxil olmaqla 6 dialiq üzrə tərəfdaş" üzvü var. Mərkəzi Asiya dövlətlərinə kömək etməsi bu səbəbdəndir. MDB quruluş etibarı ilə iqtisadi və siyasi birlikdən daha çox Rusiyanın imperiya maraqlarına qulluq etmək məqsədi güdən bir birlikdir. Bu baxımdan Rusiyanın qurduğu birliyə və onun üzvlərinə öz milli maraqları çərçivəsindən baxması təbii haldır".
Analitik bəyan edib ki, MDB mahiyyət etibarı ilə birlik olsa da, əslində üzv dövlətlər bu qurumda qalmaq istəmirlər:
"Tədricən üzvlər qurumu tərk edirlər. Gürcüstan və Ukrayna buna misaldır. Birliyin mahiyyəti buradan aydın olur. Hər iki ölkənin MDB-ni tərk etməsinin səbəbi Rusiyanın bu ölkələrin ərazisini zəbt etməsidir:
"Təbii ki, xoş niyyətlə qurulan birliyin üzvləri belə aqressiv hərəkətlərə yol verə bilməzdilər. Çin öz maraqlarını qorusa da, Mərkəzi Asiya dövlətlərinə bir növ mədəni aqressiya edir. Yəni yardımlarla, investisiyalarla nüfuz etməyə çalışır. Bu müasir dünyanın yeni siyasətidir. Hesab edirəm ki, Belarusiya prezidenti Lukaşenkonun "milli eqoizm hər kəsi, o cümlədən Rusiyanı tutub" fikri çarəsizlikdən deyilmiş fikirdir. Belarusun zəif maddi durumu məcbur edir ki, kənardan müxtəlif vəsaitlər cəlb etsinlər. Dəfələrlə Belarus prezidenti Rusiya ilə birləşməkdə heç bir problem olmadığını açıqlayıb. Bu baxımdan Lukaşenkonun fikirlərini təhlükəli hesab edirəm. Ölkələrin milli eqoizmi olmalıdır və bu vacibdir. Təbii ki, şovinizm səviyyəsinə çıxmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya