Makron səhvini dərk etdi ! - “İşğalçını dəstəkləməklə elektoratını itirir”
Fidan Həmişəyeva
14:08 09.10.2020
Siyasət
772
“Çünki fransızlar kimi mədəni bir xalq təcavüzkar dövlətin mövqeyini dəstəkləməyi özünə rəvac bilməz”
“Makronun Ermənistanı müdafiə etmək üçün isə əlində heç bir əsas yoxdur”
Müzəffər ordumuz hərbi əməliyyatlarını uğurla davam etdirir. İşğalçı qüvvələr bir çox hallarda silah-sursatını qoymaqla bütün cəbhə boyu geri çəkilir. Əvəzində isə dinc əhalimizi atəşə tutmaqla dünyaya öz acizliyini və vəhşi xislətini bir daha nümayiş etdirməkdədirlər.
Ard-arda acı məğlubiyyətlərlə üzləşən, maddi-texniki bazası zəifləyən, şəxsi heyəti ruh düşkünlüyünə yuvarlanmış bir orduda heç kim xidmət edib ölmək istəmir. Hətta düşmənin xaricdən gətirdiyi muzdlular da işğal altındakı ərazilərimizə gəlməyə peşman olublar.
Savaş meydanında ciddi uğursuzluqlara və itkilərə tuş gələn Ermənistanın son ümidi Fransadır. Aydın məsələdir ki, Fransa Azərbaycan-Ermənistan arasında baş verən münaqişədə işğalçı ölkəni dəstəkləyir. Fransa lideri Emmanuel Makronun “Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla Azərbaycanın yenidən Dağlıq Qarabağı işğal etmək istəməsi” bəyanatı rəsmi Parisin Minsk qrupu həmsədri kimi vasitəçilik missiyası ilə uyğun gəlmir .
Fransanın Ermənistana dəstəyini “Sherg.az”a dəyərləndirən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev bildirib ki, Makron dəfələrlə atəşkəs elan edilməsi və müharibəyə son qoyulmasını istədi. Lakin cənab Prezidentin uğurlu siyasəti nəticəsində Makron yanlış elədiyini görüb, baş verənlərə münaisbət bildirməkdən əl çəkdi.
Professor vurğulayıb ki, Makron faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dərk etdi və tələblərindən vaz keçdi:
“Artıq Makron tərəfindən hansısa bəyanat verilmir. Onsuz da onun bəyanatlarının hüquqi əsası yoxdur və təsirə malik deyil. Çünki Makron populist çıxışlar edir”.
İ.Vəliyev qeyd edib ki, Makron heç də Fransda xalqı demək deyil. O, sadəcə Fransada yaşayan erməni əhalisinin simpatiyasını qazanmağa çalışır:
“Amma başa düşmür ki, erməniləri öz tərəfinə çəkmək üçün belə hərəkətlər edirsə, Fransa xalqı arasındakı elektoratını itirir. Çünki fransızlar kimi mədəni bir xalq təcavüzkar dövlətin mövqeyini dəstəkləməyi özünə rəvac bilməz. Artıq Baltikyanı ölkələrin bir çox rəsmiləri, oradakı qanunverici orqanlar, deputatlar münaqişədə Azərbaycana müsbət münasibətini bildirir. Türkiyə NATO dövləti kimi hər zaman Azərbaycanın yanında olduğunu gizlətmir, Pakistan, Əfqanıstan da həmçinin. Son günlər İran rəsmiləri də Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirlər. Makronun Ermənistanı müdafiə etmək üçün isə əlində heç bir əsas yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə