
Makron üçün yolun sonu görünməkdədir- RƏY
Yusif Nəzərli
02:28 07.12.2024
Siyasət
542
Onun istefaya göndərilməsi üçün mümkün olan hər şeyi edəcəklər
“Makron özünün əfsanəvi kumiri, Fransanın sabiq Prezidenti Şarl de Qollun aqibətini yaşamaqdan sığortalanmayıb”
Son illərdə Azərbaycana qarşı açıq şəkildə düşmənçilik siyasəti yürüdən Fransa Prezidenti Emmanuel Makron üçün yolun sonu görünməyə başlayıb. Bunu hazırda Fransada yaşanan ciddi siyasi böhranın və ya siyasi zəlzələnin nəticələrindən də görmək mümkündür.
Fransanın Baş naziri Mişel Barnyenin bu gün Yelisey Sarayına gələrək istefa ərizəsini Prezident Makrona təqdim etməsi sözügedən siyasi böhranın "pik" nöqtəsidir. Bu, Fransa prezidenti üçün həddindən artıq ağrılı nəticədir. Çünki Fransa parlamentində müxalifətin baş nazirə etimadsızlıq səsverməsindən sonra, Prezident Emmanuel Makronun da istefasının tələb ediləcəyi açıqlanıb.

Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Makronun siyasi rəqibləri yaranmış əlverişli vəziyyətdən istifadə edərək, onun istefaya göndərilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Ekspertin sözlərinə görə, hərçənd ki, Fransa prezidenti heç bir halda postunu tərk etməyəcəyini bildirib. Ancaq daxili və xarici siyasətdə yol verilən ağır səhvlər Mişel Barnyenin sonunu gətirdiyi kimi Makronun da siyasi karyerasını bitirə bilər:
"Prezidentin və baş nazirin 2025-ci ilin dövlət büdcəsinin sosial xərclər bölməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinin müxalifət tərəfindən rədd olunması fonunda, baş nazirin sözügedən layihəni parlamentin təsdiqi olmadan qəbul etməsi səbəbilə hökumətə qarşı parlament tərəfindən etimadsızlıq qərarının qəbul edilməsi Prezident Emmanuel Makronun özünün də mövqelərini ciddi şəkildə sarsıdır. Makronun mövqelərinin zəifləməsi isə ölkədə siyasi böhranın davam etməsini şərtləndirəcək. Makronun və Barnyenin təqdim etdikləri ölkə üçün mühüm islahatların başlanğıcı kimi təbliğ olunan büdcə layihəsinin parlamentdə keçirilən səsvermə zamanı lazımi dəstəyi qazana bilməməsi bir daha onu göstərdi ki, Makronun hökumətinə olan inam, həqiqətən də, həddindən artıq azalıb. Hazırda fransızların 63 faizindən çoxu Makronun istefasını istəyir. Bu, Makronun siyasi reytinqinin aşağı düşdüyünü göstərən rekord göstəricidir. Respondentlərin əksəriyyəti hesab edir ki, Emmanuel Makron mövcud siyasi qeyri-sabitliyə, xüsusən də iyunda parlamenti buraxmaq qərarının doğurduğu siyasi böhrana görə məsuliyyət daşıyır".
Ə.Hüseynov vurğulayıb ki, əksər fransızlar Emmanuel Makronun Yelisey Sarayını tərk etməsini istəyir:
"Makronun istər daxili siyasətdə, istərsə də xarici siyasətdə üzləşdiyi uğursuzluqlar onun hər an tarixin arxivinə göndərilməsi ilə nəticələnə bilər. Fransa liderinin yürütdüyü ksenofob, islamofob, türkəfob, irqçi, ermənipərəst siyasət bir çox ölkələrlə yanaşı, Azərbaycanla da münasibətləri tamamilə korlayıb. Makronun ermənipərəst siyasəti Fransanın öz milli maraqlarına zərbə vurdu. Onun Ermənistanı silahlandırması Cənubi Qafqaza dayanıqlı sülhün gəlişini də ləngitdi. Afrikadan qovulan Fransa Cənubi Qafqazda və Ukraynada əsas söz sahibi kimi çıxış etməyə çalışdı, lakin burada da fiasko ilə üzləşdi. Bir sözlə, Fransanın bugünkü uğursuzluqlarının səbəbi Makronun apardığı yanlış və qərəzli siyasətdir. Ona görə fransızlar çıxış yolunu Makronu istefaya getməyə çağırmaqda görürlər. Hakimiyyət ambisiyalarından əl çəkə bilməyən Makron isə səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmaq niyyətindədir. Lakin Makron özünün əfsanəvi kumiri, Fransanın sabiq Prezidenti Şarl de Qollun aqibətini yaşamaqdan sığortalanmayıb. Makron ədalətsiz siyasətinin bədəlini ödəyir".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət