Makronun bəyanatı çarəsizliyin ört-basdır edilməsidir
Turan
09:22 29.12.2020
Siyasət
714
Fransa Prezidenti də artıq anlayır ki, Paşinyan nicatı Azərbaycan və Türkiyə ilə əlaqələrdə görür
Fransa Prezidenti Emmanuel Makron müharibə vaxtı Nikol Paşinyanla mütəmadi əlaqə saxladığını etiraf edib. Ermənistanın “Qraparak” nəşrinin yazdığına görə, Makron kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra erməni icmasının nümayəndələri ilə naharda iştirak edibmiş. O, Fransa ermənilərinin Paşinyan haqqında fikirləri ilə maraqlanaraq onları diqqətlə dinləyib, erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini də gizlətməyib.
Savaş gedən ərəfədə dəfələrlə onunla əlaqə saxladığını, dəstəyini təklif etdiyini, hətta SMS-lər yazdığını bildirib. Paşinyan onun zəng və SMS-lərinə tez cavab versə də, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib. Makronu xüsusilə təəccübləndirən məqam o olub ki, Paşinyan noyabrın 10-da sənəd imzalanana qədər, nə də sonrakı dövrdə onunla əlaqə saxlamayıb. Anlaşmanın nəticələrini “yumşaltmaq” üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb. Fransa prezidenti isə buna “heyrət” edib: “Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”. Beləliklə, Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini dilə gətirməklə ermənipərəst mövqeyini bir daha göstərdi. Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb. Şübhə yox ki, rəsmi Paris bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Fransa prezidenti bu ölkənin erməni lobbisinin, ermənipərəst dairələrinin tam təsiri altındadır və fransızların maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir.
Vəhdət Partiyasının sədr müavini, siyasi şərhçi Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağ ətrafı rayonların və keçmiş muxtariyyətin ən strateji məntəqələrini qısa müddətdə işğaldan azad etdi. Analitikin sözlərinə görə, müharibə ərəfəsində Nikol Paşinyan başda olmaqla bütün erməni cəmiyyəti və onların xaricdəki havadarları nokaut vəziyyətinə düşdülər:
“Gözlənilməz və sürətli hücumlarımız qarşısınnda çarəsiz qalan Paşinyan boğulmamaq üçün saman çöpündən yapışan insan təsiri bağışlayırdı. Qısa müddətdə darmadağın olacağını anlayan baş nazir fasilə vermədən dünya liderlərinə dəstək üçün zənglər və müraciətlər edirdi. Makronun “Paşinyan SMS-lərimə laqeyd yanaşırdı” ifadəsi qətiyyən reallığı əks etdirmir. Əmin ola bilərsiniz ki, Paşinyan telefonun yaddaşında nömrəsi olan bütün dünya liderlərinə zəng vurub. Makronun bəyanatı çarəsizliyin ört-basdır edilməsidir. Bu da ondan irəli gəlir ki, Fransanın özü çıxılmaz duruma düşmüşdü. Əlbəttə, NATO üzvü olan bir ölkə alyansa razılaşdırmamış Qarabağa hərbi qüvvə göndərə bilməzdi. Həm də fransız əsgərinin Qafqazda döyüşərək ölməyə hazır olması da real deyildi”.
V.Əfəndiyev vurğulayıb ki, ümumiyyətlə son 10 ildə Rusiya və Türkiyədən başqa heç bir ölkə öz əsgərlərini başqa ərazilərdə döyüşə göndərməyə həvəs göstərməyib:
“Makron erməni icması ilə görüşdə öz açıqlamaları ilə uğursuz Qarabağ siyasətini Paşinyanın üzərinə yükləməyə çalışdı. Burada başqa bir nüans da ola bilər. O da Paşinyanın Türkiyə və Azərbaycana yaxınlaşmaq niyyətindən doğan narahatlıqdır. Ermənistanda sağlam qüvvələr çox yaxşı anlayır ki, bu ölkənin dövlət kimi mövcudluğunun bir yolu var. O da qonşu ölkələrlə normal münasibətlərin qurulmasına nail olmaqdan keçir. Eks-prezident Levon Ter Petrosyanın köməkçisi, Qarabağ danışıqlarının fəalı Jirayr Liparityanın “Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır, əks halda çamadanlarını yığışdırıb köçməlidir” fikirləri günün reallığıdır. Bu reallığı dərk etməyən qüvvələr isə tarixin qara səhifəsinə yazılmağa məhkumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya