Marneulidə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması tələb edilib
11:04 29.07.2020
Siyasət
711
Gürcüstan azərbaycanlılarının sıx yaşadığı Marneuli rayonunda “İşğala son, Qarabağa azadlıq, sonra sülh” adlı aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qarşısında baş tutan aksiya “Borçalı İrəli ictimai Birliyi”nin sədri Məhəbbət İmanov və Gürcüstanın azərbaycanlı hüquqşunaslar assosiyasiyasının sədri Əli Bədirovun təşkilatçılqı ilə gerçəkləşdirilib.
Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anıldığı tədbirdə Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, Marneuli məscidinin axundu Hacı Hacıyev, axund Hacı Əziz, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov, ictimai xadim İsrafil Bayramov, parlamentin keçmiş üzvü Hidayət Hüseynli və digərləri çıxış ediblər. Natiqlər Azərbaycan və Gürcüstanın işğal altındakı ərazilərinin azad edilməsinin vacibliyini bildirərək, dünya birliyini və beynəlxalq təşkilatları bu istiqamətdə qətiyyətli addımlar atmağa çağırıblar.
Azərbaycan və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı aksiyada “Qarabağ Azərbaycandır”, “Xocalıya Ədalət”, “Abxaziya və Samaçablo Gürcüstanındır”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!”, “Şəhidlərin xatirəsinə ehtiram”, “Qəhrəman oğullar yetişdirən analara görə qürur duyuruq!” və s. şüarların yazıldığı plakat və bannerlər nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi