Millət vəkili: "Çində keçirilən görüşlər Azərbaycan dövlətinin daha da güclənməsinə hesablanıb"
10:24 01.09.2025
Siyasət
736
"Azərbaycan Prezidentinin apardığı çoxvektorlu siyasət özünü tam doğruldur"
"Prezident İlham Əliyevin Çinə səfəri, hava limanında ən yüksək səviyyədə qarşılanması, hər şeydən əvvəl Çin rəhbərliyinin dövlət başçımıza olan şəxsi hörmətinin, münasibətinin göstəricisidir".
Bu barədə millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib.
Deputat vurğulayıb ki, xüsusilə diqqətçəkən məqamlardan biri də Çinlə Azərbaycan nümayəndə heyətlərinin görüşündə, Çin rəhbərinin İlham Əliyevə “sevgili dostum” deyə müraciət etməsi oldu:
"Düşünürəm ki, bu fraza özündə hər şeyi əks etdirir. Şanxay Əməkdaşlıq Təşkilatı geosiyasi, geoiqtisadi problemlərin həlli, müzakirəsi üçün nüfuzlu, mötəbər beynəlxalq platformadır. Yeni regional və qlobal reallıqların, əsasən Rusiya-Ukrayna müharibəsi fonunda isə son dərəcə əhəmiyyətlidir. Orta Dəhlizin fəaliyyətinin genişləndirilməsi, gələcək yüz illiklər üçün stabil, oturuşmuş nəqliyyat-kommunikasiya sisteminin formalaşdırıkması üçün Azərbaycan Prezidentinin apardığı çox vektorlu siyasət özünü tam doğruldur. Bu günlərdə Çində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər, Cənubi Qafqaz regionunda sülhün əldə olunmasına, Azərbaycan dövlətinin, xalqının gələcək inkişafına, daha da güclənməsinə hesablanıb. Ona görə də, bütün bunları xalqımız yaxından izləyir və müsbət qiymətləndirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou