Millət vəkili: "Paşinyanın düşüncə tərzi, dünyaya baxışları, faşizm ideologiyası ilə üst-üstə düşür"
Turan
08:37 16.05.2020
Siyasət
1051
“İlk növbədə ABŞ-da ermənilərin faşizmə xidmət edən tarixi sübutları ictimailəşdirdikləri üçün, Azərbaycanın Los-Anjelesdəki Baş konsulluğunun əməkdaşlarına təşəkkür edirəm”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın babasının İkinci Dünya Müharibəsində Hitlerin yaxın silahdaşlarından olan general Qaregin Njdenin faşist dəstəsində vuruşduğu barədə rəsmi sənədlər mətbuatda dərc edildi:
“Məhz bundan sonra dünya ictimaiyyətinə məlum oldu ki, Nikol Paşinyan nəyə görə faşist cəlladı Njdenin heykəlinin İrəvanın mərkəzində qoyulmasını müdafiə edir. Deməli, əvvəldən erməni baş nazirin düşüncə tərzi, onun dünyaya baxışları, faşizm ideologiyası ilə üst-üstə düşür. MDB dövlət başçılarının Aşqabad sammitində Azərbaycan Prezidenti İlham Əliyev dünya ictimaiyyəti qarşısında, faşizm ideyalarının ümumbəşəri ideyalara zidd olduğunu, ermənilərin faşistləri “qəhrəmanlaşdırmaqla” insanlığa xəyanət etdiklərini açıq şəkildə bildirdi. Cənab Prezident Ermənistan hökumətinin yalnız o heykəli götürməklə günahlarını yuya biləcəklərini söylədi”.
Parlament üzvü bəyan edib ki, aşkar olunan tarixi faktlar bir daha göstərdi ki, faşizm Ermənistanın dövlət siyasətidir:
“Ermənistan dövlət səviyyəsində faşizmi təbliğ edir. İndi söz beynəlxalq ictimaiyyətindir. Normal məntiqlə Ermənistana layiq olduğu yer göstərilməlidir. Biz isə dövlət olaraq bu istiqamətdə işlərimizi daha da genişləndirməliyik. Erməni faşistləri tarixdə kifayət qədər mənfi iz buraxıblar. Onları öz silahları ilə vurmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol