Milli Şuranın videokonfransı, yoxsa gülünc iddialar platforması...?!
Fidan Həmişəyeva
15:27 09.07.2020
Siyasət
963
Milli Şuranın videokonfransında Əli Kərimli Rahim Hacıyev tərəfindən “zəmanəmizin Rəsulzadəsi” elan edilib. Bu iddia böyük ironiya doğuraraq Cəmil Həsənlinin və Vidadi Mirkamalın etirazına səbəb olub. Qənimət Zahidin AXCP-yə və Milli Şuraya dividendlər qazandırdığı digər məsələlər də ifşa olunur. Videokonfransda müzakirə olunan məsələlərə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı “Sherg.az”a açıqlamasında təəssüf hissi ilə bildirib ki, dövlətimizin qurulmasında müstəsna xidmətləri olan, xalqımızın qüdrətli və siyasi lideri M.Ə.Rəsulzadəni Əli Kərimli ilə müqayisə edirlər. BAXCP sədrinin sözlərinə görə, Əli Kərimli yalnız Əliheydər Qarayevlə müqayisə oluna bilər:
“Bu gün cəmiyyətimizin böyük əksəriyyəti sosial şəbəkələrdə öz mövqeyini bildirir. Əksəriyyət bu olanları gülünc hesab edir. Əliheydər Qarayevin adını təsadüfən çəkmədim.
Onun tarixdəki rolu hər kəsə məlumdur. Rəsulzadənin qurduğu Demokratik Cümhuriyyətin işğalında onun böyük rolu olub. Ə.Qarayevin imzası ilə Azərbaycana rus qoşunlarının qaytarılması təşkil edilib.
Milli Şuranın 2013-cü ildə təsis olunmasını həyata keçirən Rusiya idi. Tarix təkrarlanır. Milli Şuranın yaradıcısı Rüstəm İbrahimbəyov idi. O, Milli Şuranın fəxri lideri hesab edilirdi. R.İbrahimbəyov Rusiyada sığınacaq tapıb. Rusiyanın iradəsi ilə Azərbaycanda hakimiyyəti ələ keçirmək niyyətində idi.
Bir neçə il öncə Milli Şura Rusiya Prezidenti Vladimir Putinə müraciət etmişdi. Əli Kərimlilər Putinə müraciətində Rüstəm İbrahimbəyovun prezident kimi namizəd olması üçün kömək istəyirdilər. Putini ən böyük demokrat adlandırırdılar. Bu baxımdan Əli Kərimli daha çox Əliheydər Qarayevə oxşayır.
Ə.Kərimli öz liderinə, gənc yaşlarında onu siyasi rəhbərliyə təyin etmiş Əbülfəz Elçibəyə ən böyük xəyanəti edənlərdən idi. Belə xəyanətkarın adını Rəsulzadə ilə yanaşı çəkmək gülüncdür. İnsan nə qədər qeyri-ciddi olar ki, belə bir ifadə səsləndirər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat