Minsk Qrupu fiaskoya uğradı, yeni oyuncu Türkiyə olacaq
Turan
08:39 06.10.2020
Siyasət
719
Azərbaycan tərəfi Fransanın rolunu gördü və bu ölkəni artıq həmsədrlik institutunda fəaliyyəti lazım olmayacaq
“Əgər bizə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Amma onu da bilməliyik ki, atəşkəsi bərpa etmək o qədər də asan məsələ deyil. Çünki atəşkəs birtərəfli bərpa edilmir və bu anda çox ciddi şiddətli döyüşlər gedir. Hər iki tərəf yerlərdə olan əsgər və zabitlərə təlimat verməlidir. Biri buna əməl edəcək, o biri əməl etməyə bilər. Ancaq əgər o çıxma tarixi bizə verilərsə təbii ki, biz bu təlimatı verəcəyik. O zaman Minsk qrupunun həmsədrləri və digər ölkələr, mümkün olan ölkələr buna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə, bu döyüşlərə son qoyula bilər”.
Prezident İlham Əliyev bunu “TRT Haber” telekanalına müsahibəsində aparıcının “Şərtiniz yerinə yetirilmədiyi təqdirdə, yəni işğal altındakı torpaqlardan ermənilərin çəkilmədikləri müddətdə hər hansı atəşkəs ehtimalı varmı?” sualına cavabında səsləndirib.
Dövlətimizin başçısı mümkün olan ölkələr sırasında Türkiyənin adını çəkərək deyib: “Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır və mən fürsətdən istifadə edərək, bizim bütün türk qardaşlarımıza öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istəyirəm, başda əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərti ilə. Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil. Odur ki, biz - bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq”.
Eyni zamanda, döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibətinin çox önəmli olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib: “Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülh prosesi başlanacaq, müharibə daim aparıla bilməz və bu, nə qədər tez olsa, o qədər də yaxşıdır. Bizim fikrimiz məhz bundan ibarətdir və beləliklə, artıq bu bölgədə uzunmüddətli dayanıqlı sülh təmin edilə bilər”.
Mövzunu “Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Prezident İlham Əliyevin Qarabag məsələsində qətiyyətli mövqeyi göründüyü kimi proseslərdə vəziyyəti Azərbaycanın leyhinə dəyişir:
“Həm hərbi , həm də diplomatik müstəvidə demək olar ki, Azərbaycan qalibdır. Əgər, danışıqlar baş tutarsa, burada atəşkəsin olmasından söhbət getmir, Azərbaycan Minsk qrupu çərçivəsində Türkiyənin rolunu önə çəkdi. Hesab edirəm ki, artıq Türkiyə prosesdə var, olacaq, əsas tərəf kimi çıxış edəcək. Artıq Fransanın Minsk qrupunda fəaliyyəti lazım olmayacaq. Azərbaycan tərəfi Fransanın rolunu gördü və bu ölkəni Türkiyə ilə əvəzlədi. Qeyd edim ki, Türkiyə və Rusiya daima təmasdadır və düşünürəm ki, iki ölkə arasında diplomatik münasibətlər bu müstəvidə digər ölkələrin fəaliyyətini istisna edir. Digər ölkələrin fəaliyyətinə ehtiyac qalmayacaq. Türkiyə də Fransanın iştirakına imkan verməyəcək. Düşünürəm ki, Minsk qrupu fiaskoya uğradı. Yeni oyuncu da Türkiyə olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya